FIFA Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalının təşkilatçılığını yüksək qiymətləndirir.
Bunu \"Report\"a müsahibəsində FIFA-nın Avropa üzrə regional direktoru Elxan Məmmədov deyib.
AFFA-nın sabiq baş katibi və keçmiş icraçı vitse-prezidenti Bakıdakı mundialı futbol bayramı adlandırıb:
\"189 ölkənin bu yarışda iştirak etməsi böyük idman hadisəsidir. Artıq dünya çempionatı və festivalının başa çatmasına 1 gün qalıb. Bu günə kimi bütün matçlar yüksək səviyyədə təşkil olunub. Biz FIFA olaraq Bakıda keçirilən mundialı olduqca yüksək qiymətləndiririk. Yarış həqiqətən bütün əcnəbi qonaqların ürəyincədir. 211 ölkədən 189-nun burada iştirak etməsi futbol bayramı deməkdir\".
O, AFFA-ya təşəkkür edib:
\"Bu məsələdə AFFA-ya təşəkkürümüzü bildiririk ki, yarışın keçirilməsində bizə yüksək səviyyədə dəstək göstərirlər\".
Qeyd edək ki, Elxan Məmmədov ilə müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.