FİFA Misir millisinin qapıçılar üzrə məşqçisi Safan Əl-Səğiri 2 oyunluq cəzalandırıb. Sport24.az xəbər verir ki, bu barədə Misirin "Yalla Kora" nəşri məlumat yayıb.
Məlumata görə, 47 min dollar məbləğində cərimə də alan mütəxəssis DÇ-2026-nın 1/8 finalında Argentina ilə oyunda hakim qərarlarına etiraz etdiyi üçün cəzalandırılıb.
Safan Əl-Səğiri qarşılaşma zamanı etirazlarına görə meydandan qovulub.
Qeyd edək ki, Argentina Misiri 3:2 hesabı ilə məğlub edərək dünya çempionatının 1/4 finalına yüksəlmişdi.