FIFA ötən yay ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il Dünya Çempionatından böyük mənfəət əldə etdi. Sport24.az "The Times" qəzetinin jurnalisti Martin Ziqlerə istinadən xəbər verir ki, ali futbol qurumu rekord həddə – 5 milyard dollar gəlir əldə edib.
Bu astronomik məbləğ biletlərin və qonaqpərvərlik paketlərinin satışı hesabına əldə olunub.
Bu gəlir FİFA-nın Qətərdə keçirilən dünya çempionatından əldə etdiyi məbləğdən beş dəfə çoxdur.
Qeyd edək ki, hələ dünya çempionatı başlamazdan əvvəl oyunlara bilet qiymətlərinin mundiallar tarixində ən yüksək səviyyədə olduğu bildirilmişdi.