top
Fernandu Santuş Macarıstan oyunundan sonra: Razı qaldım, amma bəxt də lazımdır Sport24.az
10 iyun 2025, 22:46
- +

Fernandu Santuş Macarıstan oyunundan sonra: Razı qaldım, amma bəxt də lazımdır

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Macarıstana uduzduqları yoldaşlıq oyunundan (1:2)sonra jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... 

 

- Oyuna yaxşı başlamdıq. Qol buraxsaq da, yaxşı reaksiya verdik. Bundan sonra balanslı oyun keçdi. Ancaq ikinci qolu buraxdıq. İkinci hissə daha çətin keçdi. Rəqibdə keyfiyyətli oyunçular var. Asan top itirmirlər. Oyunçularım sona qədər inanırdı ki, bərabərlik qolunu vura bilərlər. Lakin bəzi oyunçularda yorğunluq var idi və bu, özünü göstərdi. Ona görə dəyişiklik etdim. Oyunun sonlarında 3 epizod yaratdıq, ancaq alınmadı. Futbolda bəxt də lazımdır. Son iki oyunda futbolçulardan razı qaldım. İnkişaf etdilər.

 

- Rzanın son dəqiqələrdə hücuma getməsi sizin tapşırıq idi?

- Əlbəttə, mənim qərarım idi.

 

- Qarşıdan rəsmi oyunlar gəlir. Nə dərəcə də nikbinsiniz? 

- Bu barədə oyunçularla danışıram. Nəyi yaxşı edə bilərik, nə narahat edir. Bunları onlara deyirəm. Çalışmalı olduğumuz məqamlar üstündə işlədik. İstədiyim şeyləri görə bildim. Əlbəttə, çatışmayan şeylər hələ də var. Yaxşı şeyləri də bildirməliyəm.

 

- Azərbaycanda kişilərin pensiya yaşı 65-dir. Bəs Portuqaliyada neçədir?

- Bu suala cavab verməyəcəm. Futbolla nə əlaqəsi var?

 

- Rəqib məşqçi qolunuzun əllə vurulduğunu dedi. Siz epizodu necə şərh edərdiniz?

- Bu onun fikridir. Məncə, VAR olsaydı da qol sayılacaqdı.

 

- 10 oyundur qələbə yoxdur, amma oyundan razı qaldığınızı deyirsiniz. Bəlkə, mənfi məqamları da deyəsiniz, bəlkə, futbolçular tənqiddən nəticə çıxarar.

- Həmişə yaxşı demirəm. Bu gün əvvəlkinə müqayisədə yaxşı çıxış etdik. Futbolçuları burda tənqid etməmişəm və etmərəm.

 

- Mərhələ oyunları üçün artıq müəyyən heyət formalaşdırmısızmı?

- Fərqli heyətlər oldu. Uzun səfərdən gəlmişdik və bəzi oyunçulara istirahət lazım idi. Latviyaya sonra geri uçuş olub. Futbolçular da insandır. Onlara da istirahət vaxtı verilməlidir.

 

- Emin Mahmudovu dayaq Yarımmüdafiəçi mövqeyində oynadırsınız. Onu yaradıcılıq potensialından məhrum etdiyinizi düşünmürsünüz?

- O mövqedə dünyanın ən yaxşı oyunçularından biri Pirlodur. O, dayaq yarımmüdafiəsində də texnikasını göstərib. Emin də bu gün yaxşı oynadı. Bu mövqedə onun daha yaxşı olduğunu düşünürəm. Böyük rəqiblərə qarşı irəlidə boşluq az olur. Emin də yaxşı texnikaya sahibdir və son iki matçda mükəmməl oynayıb.

 

- Cəlal Hüseynov bildirib ki, əsas tələbinizin qol buraxmamaq olduğunu dedi. Belə oyunla hara qədər gedə bilərik?

- Belə şey deməmişəm. Bu, yalandır. Köməkçim Rəşad Eyubov bilir ki, belə şey deməmişəm.

 

Nuh Tarverdiyev 

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:32

Valdas Dambrauskas: "Sabah" "Levski" ilə oyunda uğurlu nəticə qazanmaq istəyir

Güləş
Bu gün, 22:25

U-20 qadın güləşçilərimiz Bolqarıstanda Dünya Çempionatına hazırlaşır

Futbol
Bu gün, 22:11

Valdas Dambrauskas: "Sabah"ı "Levski" ilə oyunda nələrin gözlədiyini bilirəm

Futbol
Bu gün, 22:02

Abdullahi Şuaybu "Şamaxı"da

Futbol
Bu gün, 21:57

"Şamaxı" Abdullahi Şuaybu ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 21:41

Tomas Müller "Vankuver Uaytkeps"də: Transfer Rəsmiləşdi

Tennis
Bu gün, 21:33

2025 ABŞ Açıq Tennis Turnirinin Mükafat Fondu Rekord Həddə Çatır: 90 Milyon Dollar

Digər
Bu gün, 21:26

"Qəbələ"də yeni təyinat: Elnur Məmmədli mətbuat xidmətinin rəhbəri oldu

Olimpiada
Bu gün, 21:08

Azərbaycan Xüsusi Olimpiya atletləri "Special Olympics Meeting Castellon 2025"-də iştirak edəcəklər

Futbol
Bu gün, 20:57

Vaqif Heydərli: Namik Ələskərovun "Zirə"ni seçməsinin səbəbləri

Güləş
Bu gün, 20:56

Azərbaycanın qadın güləşçiləri U-20 Dünya Çempionatına hazırlaşmaq üçün Bolqarıstanda təlim-məşq toplanışına başlayıblar

Güləş
Bu gün, 20:37

U-20 qadın güləşçilərimiz dünya çempionatına Bolqarıstanda hazırlaşır

Futbol
Bu gün, 20:27

Levski qapıçısı: "Sabah" üzərində qələbəyə inanırıq

Futbol
Bu gün, 20:16

Henninq Berq: "Sabahkı matçda əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq"

Futbol
Bu gün, 20:14

"Şamaxı" - "İmişli" yoxlama oyunu ləğv olundu

Futbol
Bu gün, 20:08

"Omoniya"nın baş məşqçisi "Araz-Naxçıvan" haqqında danışdı: Yaxşı komandadır

Futbol
Bu gün, 20:02

"İmişli" "Şamaxı" ilə yoxlama oyunundan imtina etdi

Boks
Bu gün, 19:58

Hakim Qərəzi ilə Üzləşən Boksçu Haqq-Ədalətin Yerini Tapacağına Ümid Edir

Futbol
Bu gün, 19:47

Elnur Məmmədli "Qəbələ"nin mətbuat xidmətinin rəhbəri təyin edilib

Voleybol
Bu gün, 19:37

Azərbaycan voleybol millisi Belçika və Avstriya oyunlarına hazırlaşır

Futbol
Bu gün, 19:31

"Omoniya"nın baş məşqçisi "Araz-Naxçıvan"la oyuna ciddi hazırlaşdıqlarını bildirdi

Futbol
Bu gün, 19:28

"İdman TV" İngiltərə Premyer Liqasının bütün oyunlarını yayımlayacaq

Futbol
Bu gün, 19:23

"Neftçi" 2025/26 mövsümü üçün biletləri satışa çıxardı: Endirimlər, VIP üstünlükləri və Ailə Kampaniyası

Futbol
Bu gün, 19:20

"Şamaxı" - "İmişli" yoxlama oyunu ləğv edildi

Oxşar xəbərlər