top
Omoniyanın baş məşqçisi Araz-Naxçıvan haqqında danışdı: Yaxşı komandadır Sport24.az
Bu gün, 20:08
- +

"Omoniya"nın baş məşqçisi "Araz-Naxçıvan" haqqında danışdı: Yaxşı komandadır

"Omoniya" UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Araz-Naxçıvan"ın qonağı olacaq. Sport24.az xəbər verir ki,Kipr təmsilçisinin baş məşqçisi Henninq Berq matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Sabahkı oyunu səbirsizliklə gözləyirik. "Torpedo"ya qarşı yaxşı oynadıq, yaxşı nəticə göstərdik. Eyni sözləri "Araz-Naxçıvan" haqda da deyə bilərəm. Evdə və səfərdə "Aris"ə qarşı yaxşı oynadılar. Sabahkı matçda yaxşı oynamalıyıq.

 

- Sizcə, "Araz-Naxçıvan" "Aris"i nəyin hesabına keçə bildi? Yəqin ki, analiz edəndə bu iki görüşə də baxmısız?

- Məncə, "Araz-Naxçıvan"ın keyfiyyətli, yaxşı futbolçuları var. Yaxşı komanda oyunu oynadılar. Həm də, çox yaxşı mübarizə apardılar. Komandanın enerjisi çox yüksəkdir. Deyərdim ki, əsas faktorlar bunlar idi.

 

- Bundan əvvəlki mərhələdə "Araz-Naxçıvan"ın rəqibi favorit göstərilirdi. İndi də favorit "Omoniya"dır. Bu, sizi narahat etmirki?

- Hər zaman oyunlarda komandalardan biri favorit olur. Amma məşqçilər və oyunçular üçün bu, bir az fərqlidir. Önəmli olan odur ki, komanda ən yaxşı formada olsun və ən yaxşı oyununu göstərsin. "Araz-Naxçıvan" yaxşı komandadır. Təsadüf deyilki, 2 gözəl oyun oynadılar. Onlar "Aris"dən üstün idilər. Sabahkı matçda əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq. Kim favoritdir, bu haqda danışmağın mənası yoxdur.

 

- "Omoniya" bir neçə dəfə Azərbaycan komandaları ilə qarşılaşıb. Sonuncu dəfə "Zirə" ilə üz-üzə gəlib. Həmin "Omoniya" ilə indiki arasında hansı fərq var?

- İki fərqli mövsümün komandasını dəyərləndirmək çətindir. Bu komanda ötən mövsüm təsnifat mərhələlərində uğurlu şıxış etdi.

 

- Sabahkı matçda şansları necə görürsüz?

- Riyazatçı deyiləm. Nəsə demək çətindir. İki çətin oyun bizi gözləyir. "Aris" "Araz-Naxçıvan"ı keçsəydi, əminəm ki, onlar favorit idilər. İndi onlar "Aris"i üstələyibsə, favorit kimdir? Bu məqamlar haqda düşünmək istəmirik. Sabahkı oyuna hazırlaşmaq istəyirik.

 

- Sabahkı matçla bağlı itkiləriniz var?

- Tasos zədələdir. Fransis Uzqoho viza ala bilməyib. Bu gün gecə gələcək.

 

- Ötən mövsümün əvvəlində "Neftçi"nin baş məşqçi postuna gələ biləcəyiniz iddia edilirdi. Niyə alınmadı?

- Bəzən şayiələrdir, bəzən maraqlananlar olub, bəzən maraqlanmayanlar.

 

- Meydançanın ot örtüyünə baxmısız?

- Yox hələ, görməmişəm. Az sonra görəcəyik.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:39

"Qarabağ"ın rəqib ola biləcəyi komandalar heç-heçə etdi

Futbol
Bu gün, 23:22

37 yaşlı Kuadrado "Piza"ya keçdi

Futbol
Bu gün, 23:17

Valdas Dambrauskas: "Sabah" üçün "Levski" ilə oynamaq böyük şərəfdir

Futbol
Bu gün, 22:59

Cesse Sekidika: "Levski" ilə oyuna konkret hədəflə gəlmişik

Futbol
Bu gün, 22:53

Tomas Müller "Vankuver Uaytkeps"ə keçib

Futbol
Bu gün, 22:42

Cesse Sekidika: Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik

Futbol
Bu gün, 22:32

Valdas Dambrauskas: "Sabah" "Levski" ilə oyunda uğurlu nəticə qazanmaq istəyir

Güləş
Bu gün, 22:25

U-20 qadın güləşçilərimiz Bolqarıstanda Dünya Çempionatına hazırlaşır

Futbol
Bu gün, 22:11

Valdas Dambrauskas: "Sabah"ı "Levski" ilə oyunda nələrin gözlədiyini bilirəm

Futbol
Bu gün, 22:02

Abdullahi Şuaybu "Şamaxı"da

Futbol
Bu gün, 21:57

"Şamaxı" Abdullahi Şuaybu ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 21:41

Tomas Müller "Vankuver Uaytkeps"də: Transfer Rəsmiləşdi

Tennis
Bu gün, 21:33

2025 ABŞ Açıq Tennis Turnirinin Mükafat Fondu Rekord Həddə Çatır: 90 Milyon Dollar

Digər
Bu gün, 21:26

"Qəbələ"də yeni təyinat: Elnur Məmmədli mətbuat xidmətinin rəhbəri oldu

Olimpiada
Bu gün, 21:08

Azərbaycan Xüsusi Olimpiya atletləri "Special Olympics Meeting Castellon 2025"-də iştirak edəcəklər

Futbol
Bu gün, 20:57

Vaqif Heydərli: Namik Ələskərovun "Zirə"ni seçməsinin səbəbləri

Güləş
Bu gün, 20:56

Azərbaycanın qadın güləşçiləri U-20 Dünya Çempionatına hazırlaşmaq üçün Bolqarıstanda təlim-məşq toplanışına başlayıblar

Güləş
Bu gün, 20:37

U-20 qadın güləşçilərimiz dünya çempionatına Bolqarıstanda hazırlaşır

Futbol
Bu gün, 20:27

Levski qapıçısı: "Sabah" üzərində qələbəyə inanırıq

Futbol
Bu gün, 20:16

Henninq Berq: "Sabahkı matçda əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq"

Futbol
Bu gün, 20:14

"Şamaxı" - "İmişli" yoxlama oyunu ləğv olundu

Futbol
Bu gün, 20:02

"İmişli" "Şamaxı" ilə yoxlama oyunundan imtina etdi

Boks
Bu gün, 19:58

Hakim Qərəzi ilə Üzləşən Boksçu Haqq-Ədalətin Yerini Tapacağına Ümid Edir

Oxşar xəbərlər