"Mançester Yunayted"in futbolçusu Markus Reşford İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Everton" iingiltərəli vingerin xidmətində maraqlıdır.
Bu barədə "Football Insider" məlumat yayıb.
Mersisayd klubu Reşfordu yanvarda heyətinə qatmaq istəyir.
"Everton" 28 yaşlı ön xətt oyunçusu üçün artıq "qırmızı şeytanlar"la danışıqlara başlayıb.
Qeyd edək ki, Markus Reşford "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü cari mövsümdə Premyer Liqa nəhənginin heyətində meydana çıxdığı 8 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.