"Everton"un futbolçusu Cek Qriliş klubun intizam qaydalarını pozduğu üçün İngiltərə Liqa Kubokunda "Nyukasl"la keçirilən qarşılaşmanın heyətindən çıxarılıb.
İdman.Biz BBC-yə istinadən xəbər verir ki, Liverpul təmsilçisi 31 yaşlı futbolçunun heyətdən kənarlaşdırılmasını rəsmi olaraq təsdiqləyib. Klub qərarın səbəbi kimi intizam qaydalarının pozulmasını göstərsə də, əlavə məlumat verməyib.
Qrilişin məşqlərdən birini buraxdığı ehtimal olunur.
Hücumameyilli yarımmüdafiəçi "Mançester Siti"dən icarə əsasında "Everton"da çıxış edir. O, ötən mövsüm də eyni şərtlərlə Liverpul klubunun formasını geyinib, 20 qarşılaşmada iki qol və altı məhsuldar ötürmə ilə yadda qalıb. Lakin yanvarda aldığı ayaq zədəsi səbəbindən mövsümü vaxtından əvvəl başa vurub.
Qriliş cari mövsümün əvvəlində "Mançester Siti"nin heyətində iki oyunda meydana çıxdıqdan sonra yenidən "Everton"a qayıdıb. O, bu mövsüm Premyer Liqada beş, İngiltərə Liqa Kubokunda isə bir qarşılaşmada iştirak edib.
Qeyd edək ki, "Mançester Siti" Qrilişi 2021-ci ildə "Aston Villa"dan 100 milyon funt-sterlinqə transfer edib.