İngiltərə Liqa Kubokunun 1/8 finalında "Everton" doğma meydanda "Nyukasl"ı 3:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, Liverpulun "Hill Dickinson" stadionunda keçirilən qarşılaşmada hesabı 34-cü dəqiqədə Ceyms Qarner açıb.
45-ci dəqiqədə Heyden Ris Hakni meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. 69-cu dəqiqədə Tyerno Barri üçüncü qolu vuraraq hesabı 3:0 edib.
Qonaqların heyətində Daniel Börn 88-ci dəqiqədə fərqi azaltsa da, bu, oyunun nəticəsini dəyişməyib.
Beləliklə, "Everton" İngiltərə Liqa Kubokunun 1/4 finalına yüksəlib, "Nyukasl" isə mübarizəni dayandırıb.