top
Eşqin Əhmədov: Qış transferləri gücümüzə güc qatdı Idman.biz
07 fevral 2026, 18:15
- ↺ +

Eşqin Əhmədov: "Qış transferləri gücümüzə güc qatdı"

"Matçdan sonra baş məşqçimiz bu görüşü unutmağı və qarşıdakı oyunu fikirləşməyimizi tapşırdı".

Bunu "Qəbələ"nin futbolçusu Eşqin Əhmədov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Sabah"la heç-heçə etdiniz. Penaltini qola çevirsəydiniz, qələbə də qazana bilərdiniz. Nəticəni necə şərh edərdiniz?

– Liqada 1-ci yerdə qərarlaşan komandaya qarşı oynadıq. Matçın çətin keçəcəyini bilirdik. Üstəlik, qarşılaşma səfərdə idi. Düşünürəm ki, müdafiədə düzgün oynadıq. Ələ düşən fürsətləri dəyərləndirsəydik, qələbə qazana da bilərik.

– Oyundan sonra baş məşqçi Kaxaber Sxadadze futbolçulara nə dedi?

– Matçdan sonra baş məşqçimiz bu görüşü unutmağı və qarşıdakı oyunu fikirləşməyimizi tapşırdı.

– "Sabah"la ilk matçdakı qolsuz heç-heçədən sonra hansı komandanın yarımfinala çıxmaq şansı daha çoxdur? Qəbələdə keçiriləcək cavab qarşılaşmasından hansı nəticəni gözləyirsiniz?

– Turu keçmək şansı hazırda hər iki komanda üçün bərabərdir. Fikrimcə, cavab matçında daha diqqətli davranaraq əlimizə düşən fürsətləri dəyərləndirə bilsək, növbəti tura vəsiqə qazanan tərəf biz olarıq.

– "Qəbələ" mövsümün ikinci yarısına yaxşı başlayıb, məğlubiyyət üzü görməyib. Bunun sirri nədədir? Necə oldu ki, komanda uğurlu nəticələr qazanmağa başladı?

– Bu mövsüm geridə qalan oyunlarda, demək olar ki, bütün rəqiblərə qarşı yaxşı oyun nümayiş etdirdik. Amma fərdi səhvlərə və son nöqtədəki problemlərə görə istədiyimiz nəticəni əldə edə bilmirdik. Qış fasiləsindən sonra müdafiədə daha diqqətli davranıb, yaratdığımız qol epizodlarını daha yaxşı dəyərləndiririk. Komandaya yeni qoşulan transferlər də gücümüzə güc qatdılar.

– Qarşıda sizi "Neftçi" ilə çempionat oyunu gözləyir. "Qəbələ" kimi, rəqibiniz də qış fasiləsindən sonra inamlı təsir bağışlayır. Bu görüşdə şansları necə dəyərləndirirsiniz?

– Bilirik ki, "Neftçi" də mövsümün ikinci yarısına yaxşı başlayıb. Amma biz hər oyuna maksimum nəticə üçün çıxırıq. Əlimizdən gələni edəcəyik ki, bu görüşdə də uğurlu çıxışımızı davam etdirək.

– "Qəbələ"nin Premyer Liqadakı yerini qoruyacağını indidən əminliklə demək olar? Sizcə, mövsümü neçənci pillədə bitirə biləcəksiniz?

– Hələ çempionatın bitməyinə çox vaxt var. İndidən əminliklə heç nə demək olmaz. Komandanın potensialı nəinki liqada qalmağa, hətta daha yuxarı pillələrə oynamaq üçün uyğundur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər