top
Erkin İbrahimov: “Yalnız kəmiyyətin yox, keyfiyyətli kəmiyyətin olmasının tərəfdarıyam” Sport24.az
11 may 2024, 15:10
- ↺ +

Erkin İbrahimov: “Yalnız kəmiyyətin yox, keyfiyyətli kəmiyyətin olmasının tərəfdarıyam”

Gələn həftənin ilk iş günündə AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Toplantıda yeni mövsüm üçün qərarlar qəbul olunacaq. Bura komanda sayının artmasından tutmuş, legioner limitinə kimi məsələlər aiddi. Toplantıdan öncə tanınmış menecer Erkin İbrahimov Sport24.az-a müsahibə verib. Erkin bəyin gündəmdə olan mövzularla bağlı öz fikiləri var ki, söhbət zamanı onları dilə gətirib.

 

- Artıq mövsümün başa çatmasına hesabat turu da daxil olmaqla 3 həftə qalıb. Mövsümün geri qalan hissəsini dəyərləndirməyinizi istərdik.
- "Qarabağ" dominantlıq etdiyi Premyer Liqada çempionluğunu erkən rəsmləşdirib, "Qəbələ"nin isə sonuncu olması dəqiqləşib.  Buna baxmayaraq, maraqlı mövsümün şahidi oluruq. Avrokuboklar uğrunda mübarizə, həyəcan hələ də davam edir. 4 komanda hazırda qitəmiqyaslı yarışlara vəsiqə uğrunda döyüşür.

- Sizcə, Premyer Liqanın səviyyəsi yüksəlib, futbolumuzda inkişaf var?
- Ötən mövsüm idman prinsipi gözlənildi. Bunun nəticəsidi ki, komandalar arasında sonuncu olmamaq üçün gərgin mübarizə gedirdi. Fikrimcə, bu ənənəni mütləq qorumalıyıq. Əks təqdirdə gələn "futbol ili"ndə rəqabətli çempionat görməyəcəyik.

 

- Demək istəyirsiz ki, "Qəbələ" mütləq aşağı liqaya düşməlidi?
- İstər bu mövsüm, istərsə də gələn "futbol ili"ndə sonuncu olan komanda birmənalı olaraq elitanı tərk etməlidi.

 


- Bir klub gedib üçü gəlməlidi, yoxsa biri aşağı düşüb, əvəzinə biri yüksəlməlidi?
- Əsasnaməyə əməl olunmalıdı. Yəni, Premyer Liqanın sonuncusu getməli, I Liqanın çempionu güclülər dəstəsinə yüksəlməlidi. Komanda sayı artacaqsa, mütləq keyfiyyətə üstünlük verilməlidi. Yəni, bazası, infrastrukturu, pis-yaxşı sponsoru olan klublara elitaya gətirilməlidi. Yoxsa Naxçıvanı təmsil edən "Araz-Naxçıvan" kimi gəlib Bakıda məskunlaşacaq komandalar olacaqsa, bunun heç bir faydası yoxdu. Odur ki, yalnız kəmiyyətin yox, keyfiyyətli kəmiyyətin olmasının tərəfdarıyam. Bu mümkün olacaqsa, 3 yox, 5 komandanın da gəlməsi mümkündü.

 

- Siz dünyanı gəzən və əksər ölkələrin futbol çempionatlarını yaxından izləyən menecerlərimizdənsiz. Biz idman prinsiplərini gözləməklə yıxılıb-qalxmağı nə vaxt bacaracağıq?
- İdman prinsiplərinin qorunmasında hamı maraqlı olmalıdı. Reqlament varsa, ona əməl olunmalıdı. Reqlamentə müqəddəs kitab kimi yanaşmalı, "tez-tez dəyişiklər etmək olmaz" anlayışını beynimizə yeritməliyik. Bu işdə hamı maraqlı olmasa, nə yıxılıb-qalxmağı öyrənəcək, nə inkişaf edəcəyik.

 


- Necə düşünürsüz  mövsüm bitəndən sonra ölkə xaricinə yollanan futbolçularımız çox olacaq?
- Bu tətbiq olunacaq legioner limitindən asılıdı. Eşitdiyimə görə, gələn mövsümdə "8+3" limiti tətbiq olunacaq. Belə olsa,məncə, legioner həyatı yaşamaq istəyənlər çox olacaq. Nə qədər gülünc səslənsə də, bizdə futbolçunu qovmasaq və ya burda məhdudiyyət tətbiq etməsək o, legioner həyatı yaşamaq üçün addımlar atmır.

 

- Bu mövsüm 6 futbolçumuz ölkə xaricinə yollandı. Dediyiniz limit tətbiq olunsa, yayda təxminən neçə futbolçunun legioner həyatı yaşaması gözlənilir?
- Düşünürəm ki, 10-11 nəfər ölkə xaricinə yollanacaq.

 

- Sizcə, futbolçularımız əsas hansı ölkələrə üz tuta bilər?
- Kimin bacarığı, səviyyəsi nədirsə, özünə uyğun çempionata gedəcək. Türkiyədən tutmuş Latviyaya klublarına qədər oyunçularımızı görəcəyik.

 

- Musa Qurbanlı İsveçdə özünü doğrultmadı, onun yenidən Premyer Liqaya qayıtması gündəmdədi. Bu barədə nə deyərdiz?
- Musanın çempionatımıza qayıtması faciə deyil. O, hələ gəncdi, görünür getdiyi ölkənin həyat tərzinə və futbol səviyyəsinə uyğun gəlmədi. Musaya hazırda daimi oynayacaq komanda lazımdı. Çempionatımızla yanaşı, çempionatı bir qədər zəif olan Avropa ölkəsində icarəyə yollanması pis olmaz. Həyatda olduğu kimi, futbol karyeranda da bəzən bir addım geri atmaq məcburiyyətində qalırsan. İstənilən halda pessimizmə qapılmaq və mənfi tonlara köklənməyə tələsməyək. Zaman hər şeyi göstərəcək.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Oxşar xəbərlər