AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
İdman.biz xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək "Aktobe" (Qazaxıstan) - "Sparta" (Çexiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda baş tutacaq.
İdman.biz