top
Azərbaycan İdman Akademiyası qadın futbolunda zədələrin qarşısının alınması üzrə beynəlxalq layihəyə qoşulub Report.az
21 iyul 2025, 18:53
- ↺ +

Azərbaycan İdman Akademiyası qadın futbolunda zədələrin qarşısının alınması üzrə beynəlxalq layihəyə qoşulub

Azərbaycan İdman Akademiyası qadın futbolçular arasında zədələrin qarşısının alınmasına yönəlmiş beynəlxalq layihəyə qoşulub.

"Report" xəbər verir ki, UEFA və UEFA Akademiyasının dəstəyi ilə həyata keçirilən təşəbbüs Mərkəzi və Şərqi Avropa ölkələrini əhatə edir.

Sözügedən layihənin rəhbəri Böyük Britaniyanın King"s College London ali təhsil müəssisəsinin və ASA-nın həkimlər üçün olan "İdman tibbi və reabilitasiya" magistr proqramının müəllimi Paulina Kloskovskadır. Akademiya tərəfindən layihənin koordinatorları isə Akademiyanın Tədris işləri üzrə prorektorunun müşaviri Zərifə Kamilova və İdman Tibbi Tədqiqatları Laboratoriyasının meneceri Rauf Əliyevdir.

Layihə Polşa Futbol Federasiyası ilə əməkdaşlıq çərçivəsində gerçəkləşir və qadın futbolunda zədələrin qarşısının alınması üzrə yerli ehtiyaclara uyğun elmi yanaşmaların inkişafını hədəfləyir.

Təşəbbüsdə Azərbaycanla yanaşı, Xorvatiya, Estoniya, Latviya və Sloveniya futbol federasiyaları da iştirak edir. Layihənin müşahidə və tövsiyə şurasında isə idman elmləri sahəsində beynəlxalq nüfuza malik mütəxəssislər – Kay Krossli, Coann Kemp, Andrea Bruder və Bruk Patterson yer alır.

Azərbaycan İdman Akademiyasının layihəyə tərəfdaş seçilməsi ölkənin idman təhsilinin beynəlxalq səviyyədə tanınmasının və qadın idmanının inkişafına töhfəsinin göstəricisi kimi qiymətləndirilir.

Layihə çərçivəsində qarşıdakı aylarda ilkin nəticələr və tədqiqat materialları ictimaiyyətə təqdim olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Digər
Bu gün, 01:41

De Zerbi derbidəki qələbəni şərh etdi: “Mentalitetimizi dəyişmişik, indi əsl komandayıq”

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:55

Totenhem 2-0 ilə Çelsini məğlub etdi

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Digər
Dünən, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Dünən, 21:21

Prezident İlham Əliyev U-15 Milli Yığmasını təbrik etdi, Famil Xəlilov motivasiyanı artırır

Futbol
Dünən, 21:16

Kurban Berdıyev: "Turan Tovuz" "Neftçi" ilə heç-heçəni itirilən 2 xal kimi qiymətləndirir

Futbol
Dünən, 21:00

Azərbaycan U-15 millisə FIFA Dünya Çempionatı sahəsində 6-0 hesabı ilə Timor-Leste ilə qələbə qazandı

Futbol
Dünən, 20:55

İnter Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir

Oxşar xəbərlər