"Qəbələ" yeni mövsümün hazırlığını davam etdirir.
İdman.biz xəbər verir ki, "qırmızı-qaralar" təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Kaxaber Tsxadadzenin yetirmələri "Kəpəz"lə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol fasilədən sonra vurulub. Paulo Quimbila hesabı açıb, ardınca Domi Massoumou fərqlənib – 2:0.
Qeyd edək ki, "Qəbələ" ilk yoxlama oyununda "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəlib.
Yoxlama oyunu
Qəbələ" – "Kəpəz" – 2:0
Qollar: Paulo Quimbila, 72, Domi Massoumou, 82
İdman.biz