"Qəbələ"nin futbolçusu Abduallahi Şuaybu "Şamaxı"da baxışdadır. Sport24.az xəbər verir ki, nigeriyalı hücumçu bu gün "Kəpəz"lə keçirilən yoxlama görüşündə iştirak edib.
23 yaşlı futbolçu "Şamaxı"nın 2:0 hesabı ilə qalib gəldiyi oyunda qol da vurub.
Klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseyn QOL.az-a açıqlamasında bildirib ki, futbolçu hələ ki, baxışdadır və məşqçilər korpusu onunla bağlı yaxın günlərdə qərar verəcək.
Qeyd edək ki, 2022-2023 mövsümündə ölkəmizdə "Kəpəz"də çıxış edən A.Şuaybu 2024-cü ildən "Qəbələ"də oynayır.