Almaniya təmsilçisi "Bavariya" qapıçısı Daniel Peretsi digər Bundesliqa kollektivi "Hamburq"a icarəyə yola salıb.
"Report" xəbər verir ki, bu barədə münhenlilərin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı qolkiperin icarə müddəti 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, isralli Daniel Perets 2023-cü ildə "Makkabi"dən (Tel-Əviv) "Bavariya"ya transfer olunub.