top
Emil Mustafayev: Avrokubok şansını itirdik, amma hər matça qələbə üçün çıxırıq Idman.biz
10 may 2026, 12:52
- ↺ +

Emil Mustafayev: Avrokubok şansını itirdik, amma hər matça qələbə üçün çıxırıq

"Son iki oyunda yaxşı oynadıq".

Bunu "Sumqayıt"ın yarımmüdafiəçisi Emil Mustafayev futbolxeber.az-a verdiyi müsahibədə deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Premyer Liqasının 31-ci turunun gərgin oyununda "Araz-Naxçıvan" üzərində qələbə qazandınız (2:1). Görüşü necə şərh edərdiniz?

- Hər şey yaxşı alındı. Qalib gəldiyimiz üçün əhval-ruhiyyəmiz yaxşıdır. Son dəqiqələrdə xarakter sayəsində qələbəni qopardıq. İlk növbədə azarkeşlərimizi təbrik edirəm. Onlar qələbəyə layiq idilər. Eləcə də komandamızın üzvlərini təbrik edirəm.

- Artıq bir neçə turdur "Sumqayıt" avruboklar şansını itirib. Belədə oyunlara köklənmək nə dərəcədə çətin olur?

- Elədir, avrokuboklar şansımızı itirmişik. Buna baxmayaraq, hər matça qələbə üçün çıxırıq. Azarkeşlərimiz üçün oynayırıq. Onları sevindirmək istəyirik. Son oyunlarda bu, müəyyən qədər alınır. Təbii ki, avrokuboklara yollanmağı çox istəyirdik. Bunun üçün komandamızın hər şeyi var idi: yaxşı oyunçular, güclü leginerlər, bacarıqlı məşqçilər korpusu. Təəssüf ki, istəyimizə çatmadıq. Düşünürəm ki, növbəti mövsüm alınar.

- "Sumqayıt"ın avrokuboklardan kənarda qalmasının əsas səbəbi qeyri-stabillik oldu. Razısınız bununla?

- Açığı, konkret səbəb demək çətindir. Anlaşılmaz qollar buraxırdıq. Demək olar ki, bir çox oyunlarda özümüz öz qapımız qarşısında qol epizodu yaradırdıq. Eləcə də qol şanslarını boşa verirdik. Təbii ki, bütün bunlarda nəticələrə birbaşa təsir göstərib.

- Sanki "Sumqayıt" avrokuboklar şansını itirdikdən sonra daha rahat və yaxşı oynamağa başlayıb...

- Son iki oyunda yaxşı oynadıq. Bəlkə də hazırda üzərimizdə gərginlik yoxdur deyə çıxışımız istədiyimiz kimi alınır.

- Öz çıxışınızı necə dəyərləndirirsiniz? "Sumqayıt"dakı performansınızdan razısınız?

- Özümün öz çıxışıma qiymət verməyim çətindir. Mən meydana çıxdığım hər matçda əlimdən gələni edirəm. Çalışıram komandama faydalı olum. Amma yenə deyirəm, öz oyunumu qiymətləndirməyim düzgün olmaz. Bu suala mütəxəssislər, azarkeşlər, jurnalistlər cavab versə, daha yaxşı olar.

- Sizi yeni mövsümdə də "Sumqayıt"da görə biləcəyik?

- İndi konkret fikir bildirə bilmərəm. Bilirsiniz ki, mənim hələ Ukraynanın "Polesye" klubu ilə bir illik müqaviləm var. Mövsüm yekunlaşdıqdan sonra danışacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər