"Liverpul"un hücumçusu Məhəmməd Salah bu yay Səudiyyə Ərəbistanı liqasına keçə bilər.
İdman.Biz-in "Footmercato"ya istinadən məlumatına görə, "Əl-İttihad" misirlinin agenti ilə danışıqlar aparır.
Bildirilir ki, oyunçu bu dəfə ötən ilə nisbətən Səudiyyə Ərəbistanı klubuna keçməyə daha açıqdır.
Salahın "Liverpul"la müqaviləsi 2027-ci ilin yayında başa çatır. 33 yaşlı cinah oyunçusu bu mövsüm Premyer Liqada 17 oyunda dörd qol vurub və beş məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasının yeddi oyununda iki qol vurub və bir məhsuldar ötürmə edib.
Transfermarkt-dakı məlumata görə, oyunçunun bazar dəyəri 30 milyon avrodur.