top
Dünya Çempionatının Əsas Favoriti Portuqaliya Ola Bilər Idman.biz
11 iyun 2026, 14:13
- ↺ +

Dünya Çempionatının Əsas Favoriti Portuqaliya Ola Bilər

"Qarşıda bizi təxminən 40 gün davam edəcək böyük futbol bayramı gözləyir. Düzdür, vaxt fərqinə görə müəyyən narahatlıqlar yarana bilər. ABŞ qitəsində keçirilən oyunların bəziləri bizdə gec saatlara təsadüf edəcək. Amma dünya çempionatı futbolun elitasıdır, bu idman növünün ən yüksək zirvəsidir. Burada iştirak etmək hər bir milli komanda, futbolçu və futbolsevər üçün böyük stimuldur".

Bu sözləri zamanı UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov bu gün start götürəcək dünya çempionatı ilə bağlı danışarkən deyib.

Mütəxəssis açılış qarşılaşması ilə bağlı fikirlərini bölüşüb.

"Meksika – Cənubi Afrika oyunu ilə bağlı dəqiq proqnoz vermək çətindir. İlk turlar olduğu üçün komandaların hazırkı durumunu tam qiymətləndirmək mümkün deyil. Məncə, tərəflər təxminən eyni səviyyədədirlər. Meksikanın müəyyən üstünlüyü var və onları cüzi favorit hesab etmək olar. Bununla belə, ilk oyunlarda komandalar adətən risk etmədikləri üçün heç-heçə ehtimalını da yüksək qiymətləndirirəm", - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

O, mundialda sürpriz nəticələrin də mümkün olacağını bildirib: "Artıq futbol elə bir mərhələyə gəlib çatıb ki, dünyanın hər yerində inkişaf edir. Kiçik ölkələrin milliləri də böyük turnirlərdə uğurlu çıxış edə bilirlər. Bu baxımdan ilk dəfə iştirak edən bəzi komandalar maraq doğurur".

A.Əsədov azarkeşlik edəcəyi komandaların adlarını da açıqlayıb: "Özbəkistan bizə yaxın və postsovet məkanını təmsil edən ölkədir. Türkiyə ilə yanaşı, bu komandaya da xüsusi rəğbət bəsləyirəm və onların uğurlarına sevinəcəyəm. Lakin turnirin əsas favoriti kimi Portuqaliya millisini görürəm".

Qeyd edək ki, mundialın açılış matçı A qrupunda Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında baş tutacaq. Paytaxt Mexiko şəhərində yerləşən "Asteka" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:19

Sabah basketbolunun legioneri Cerri Bleyks: “Komanda olaraq əlimizdən gələni etdik”

Futbol
Bu gün, 09:20

Manchester United Jan-Filip Matetaya maraq göstərir

Futbol
Bu gün, 09:02

UEFA Millətlər Liqası: Azərbaycan millisi Lixtenşteynlə bu gün 20:00‑də Bakıda qarşılaşacaq

Cüdo
Bu gün, 06:29

Olimpiya çempionu Yeldos Smetov Bakıdakı cüdo dünya çempionatından imtina etdi: “Xalqım məni bağışlamaz”

Futbol
Bu gün, 01:42

Ronaldonun şəxsi təyyarəsi Kopenhagenə endi - Portuqaliya millisi ilə yolları ayırdı

Futbol
Bu gün, 01:25

İsveçrə Futbol İttifaqı Canni İnfantinonun FIFA prezidentliyi namizədliyinə dəstəyi geri çəkdi

Voleybol
Dünən, 23:54

Azərbaycan U‑20 qadın voleybol komandası Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək

Futbol
Dünən, 23:51

Real Madrid Aleks Skottla transferini araşdırır

Basketbol
Dünən, 23:25

LANDAU Lions baş məşqçisi Erhan Toker məğlubiyyətin müdafiə problemləri və zədələr səbəbilə olduğunu açıqladı

Futbol
Dünən, 20:12

Azərbaycan futbol millisi Lixtenşteyn qarşısında oyun öncəsi açıq məşqini Tofiq Bəhramov stadionunda keçirib - VİDEO

Futbol
Dünən, 19:49

Ayxan Abbasov: Lixtenşteyn qarşısında qalib gəlmək üçün azarkeş dəstəyi vacibdir

Futbol
Dünən, 17:30

“Turan Tovuz” – “İmişli” futbol matçının yeri Yevlax stadionuna dəyişdirildi

Futbol
Dünən, 16:28

Lixtenşteyn millisinin futbolçusu: “Bakıda yaxşı nəticə qazanmaq istəyirik”

Futbol
Dünən, 14:07

Məqsəd İsayev Kapazdan ayrıldı, Gəncəbasara keçidi gözlənilir

Digər
Dünən, 12:07

Mingəçevir Reqatası-2026-nın ikinci günündə Azərbaycan üç medal qazandı

Minifutbol
Dünən, 11:20

Fərrux Hüseynzadə Kazakhstan – Belarus futsal oyununda UEFA nümayəndəsi təyin olundu

Qarabağ FK
Dünən, 11:07

“Qarabağ”ın zədəli futbolçularının geri dönüş tarixləri açıqlanıb – Klubdan İDMAN.BİZ‑ə açıqlama

Futbol
Dünən, 10:52

Zirə futbolçuları milli komandalarında qələbələrə töhfə verib;

Futbol
Dünən, 10:40

U-21 komandamız Şotlandiya ilə üz-üzə çıxacaq

Basketbol
Dünən, 10:07

“Sabah” basketbol komandası ABL mövsümünü “LANDAU Lions”la açır

Basketbol
Dünən, 09:38

“Neftçi” basketbol komandası Estoniyada Parnu ilə üz-üzə gələcək

Futbol
Dünən, 07:19

Joau Feliks 2026 “Qızıl top”u Lamin Yamala verəcəyini açıqladı

Futbol
Dünən, 06:13

“Roma” Dibala və Molinanı Messi vida oyununa dəvət etmədi

Futbol
Dünən, 04:17

“Atletiko Madrid”də milli komandaların məcburiyyətləri səbəbindən heyət çatışmazlığı

Oxşar xəbərlər