Meksika millisi DÇ-2026-nın 1/16 final mərhələsində Ekvador millisi ilə qarşılaşacaq.
İdman.Biz bildirir ki, oyun 1 iyulda keçiriləcək.
Meksika A qrupunda doqquz xalla birinci yeri tutub. Ekvador isə E qrupunda dörd xalla üçüncü yeri tutub.
DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Qrup mərhələsi 11-28 iyun tarixlərində keçirilir. Komandalar bir-biri ilə dairəvi sistemdə (hər biri üç oyun) oynayırlar. Hər qrupdan ilk iki yeri tutan komanda, üçüncü yeri tutan səkkiz ən yaxşı komanda ilə birlikdə pley-offa yüksələcək.
Hazırkı turnir çempionu Argentina millisidir.