ÇSKA (Moskva) klubu Rusiya Kuboku matçından sonra Krasnodardan vaxtında qayıda bilməyib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, səhər uçuşu dron hücumu səbəbindən gecikib.
Komanda günorta saatlarında paytaxta yollanıb.
Xatırladaq ki, ÇSKA ötən gün "Krasnodar"a dörd cavabsız qolla uduzub.