Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiajuna"Real"ın hücumçusu Kilian Mbappenin üzr istəməsinə münasibət bildirib, lakin bunun futbolçuya qarşı tətbiq edilən boykota təsir edib-etməyəcəyini açıqlamayıb. Sport24.az xəbər verir ki, bu barədə yerli qurumun mətbuat xidməti məlumat yayıb:
"Biz onun təqdim etdiyi üzrxahlığa əhəmiyyət veririk". Diplomat jurnalistlərin boykotun mümkün sonu ilə bağlı verdiyi əlavə suala cavab verməkdən imtina edib.
27 yaşlı fransız futbolçu bu yaxınlarda verdiyi müsahibədə, onun üzünün keçmiş Çin lideri Mao Zedunun şəkli üzərinə yerləşdirildiyi bir "mem"dən (internet zarafatından) bəhs edib. Mbappe şəkildəki şəxsi adını çəkmədən "Çin diktatoru" adlandırıb. Bundan sonra bir sıra Çin şirkətləri hücumçu ilə reklam müqavilələrinə xitam verib, Çin televiziyası isə İspaniya "La Liqa"sının yayımını dayandırıb.
Qeyd edək ki, Mbappe oktyabrın 27-də səsləndirdiyi fikirlərə görə ictimaiyyət qarşısında üzr istəyib. Bundan sonra "China Media Group" futbolçunun yalnız bəyanatlarını deyil, həm də gələcək hərəkətlərini qiymətləndirəcəyini açıqlayıb. Onlar həmçinin "Real", La Liqa və Mbappenin bu hadisədən dərs çıxararaq səhvlərini düzəldəcəklərinə ümid etdiklərini bildiriblər.