Futbol üzrə Cənubi Koreya millisinin baş məşqçisi Xon Men Bo 2026-cı il dünya çempionatında uğursuz çıxışdan sonra istefa verib.
İdman.Biz xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Mütəxəssis xüsusi mətbuat konfransında azarkeşlərdən üzr istəyib və nəticəyə görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
Cənubi Koreya yığması qrup mərhələsində üç xal toplayıb və A qrupunda üçüncü yeri tutub. Komanda pley-offa yüksələ bilməyib.