Hollivud aktyoru Çenninq Tatum Norveç - Fransa matçına Erlinq Holand obrazında qatılıb.
İdman.Biz bildirir ki, o Norveç forması və sarışın parik geyinib. Holandın digər oxşarları da azarkeşlik etmək üçün orada olublar.
Bu, "Nike"in DÇ-2026 üçün reklam kampaniyasının davamıdır. Kampaniyada aktyor hücumçunun oxşarını canlandırır.

Həmin matçda Norveç Fransaya 4:1 hesabı ilə məğlub olub.