top
Bundesliqa: Leypsiq Ayntraxtı məğlub etdi, Bayer sensasiyalı şəkildə uduzdu, Hoffenhaym Borussiya üzərində qələbə qazandı Idman.biz
18 aprel 2026, 22:57
- ↺ +

Bundesliqa: "Leypsiq" "Ayntraxt"ı məğlub etdi, "Bayer" sensasiyalı şəkildə uduzdu, "Hoffenhaym" "Borussiya" üzərində qələbə qazandı

Almaniya Bundesliqasının 30-cu turu çərçivəsində "Frankfurt Arena"da keçirilən qarşılaşmada "Ayntraxt" "Leypsiq"i qəbul edib. Gərgin keçən mübarizə qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 27-ci dəqiqədə Yan Diomand açıb və qonaqları önə çıxarıb. Meydan sahibləri bu qola 34-cü dəqiqədə Huqo Larssonla cavab verərək tarazlığı bərpa etsələr də, ikinci hissədə "buğalar" üstünlüyü yenidən ələ alıblar. Oyunun 70-ci dəqiqəsində Antonio Nusa fərqlənərək hesabı 2:1-ə çatdırıb. Matçda son nöqtəni isə 81-ci dəqiqədə Konrad Harder qoyub.

Bu nəticədən sonra xallarının sayını 59-a çatdıran "RB Leypsiq" turnir cədvəlinin üçüncü pilləsində möhkəmlənib. 42 xalı olan "Ayntraxt" isə yeddincidir.

Növbəti turda "Ayntraxt" aprelin 25-də səfərdə "Auqsburq"la qarşılaşacaq. "RB Leypsiq" isə aprelin 24-də doğma meydanda "Union"u sınağa çəkəcək.

20:05

Almaniya Bundesliqasının 30-cu turunda gözlənilməz nəticə qeydə alınıb. Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan "Bayer" öz meydanında "Auqsburq"u qəbul edib və 1:2 hesablı məğlubiyyətlə barışıb.

İdman.Biz xəbər verir ki, oyuna daha fəal başlayan leverkuzenlilər 12-ci dəqiqədə hesabı açıblar. Edmon Tapsobanın ötürməsini Patrik Şik qola çevirərək meydan sahiblərini önə çıxarıb. Lakin qonaqların sevinci cəmi üç dəqiqə çəkib. Matçın 15-ci dəqiqəsində Dimitris Yannulisin ötürməsindən sonra Fabian Rider tarazlığı bərpa edib.

Görüşün taleyi isə uzatma dəqiqələrində həll olunub. 90+7-ci dəqiqədə Fabian Rider penaltini dəqiq yerinə yetirərək həm dublunu rəsmiləşdirib, həm də komandasına üç xal qazandırıb.

Bu məğlubiyyətdən sonra 52 xalda qalan "Bayer" turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Xallarının sayını 36-ya çatdıran "Auqsburq" isə doqquzuncu sıraya yüksəlib.

19:43

Almaniya Bundesliqasının 30-cu turu çərçivəsində "PreTsero Arena"da keçirilən qarşılaşmada "Hoffenhaym" Dortmund "Borussiya"sını qəbul edib. Gərgin keçən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, görüşdə hesabı 42-ci dəqiqədə "mavi-ağlar" açıblar. Andrey Kramariç penaltini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb. Dortmund təmsilçisi matçın sonlarına yaxın, 87-ci dəqiqədə Seru Qirassinin qolu ilə tarazlığı bərpa etsə də, xalı qoruya bilməyib. Qarşılaşmanın taleyi uzatma dəqiqələrində həll olunub. 90+8-ci dəqiqədə yenidən penalti nöqtəsinə yaxınlaşan Kramariç dublunu rəsmiləşdirərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 54-ə çatdıran "Hoffenhaym" turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. 64 xalı olan "Borussiya" isə ikinci pillədəki mövqeyində qalsa da, liderlə fərqin açılması təhlükəsi ilə üzləşib.

Növbəti turda "Hoffenhaym" aprelin 25-də səfərdə "Hamburq"un qonağı olacaq. Dortmundlular isə aprelin 26-da doğma meydanda "Frayburq"u sınağa çəkəcəklər.

Günün digər qaşılaşmasında "Volfsburq" səfərdə "Union" komandasının qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, canavarlar matça sürətli başlayaraq artıq 11-ci dəqiqədə hesabı açıblar. Yoakim Mehlenin ötürməsindən sonra Patrik Vimmer dəqiq zərbə ilə paytaxt təmsilçisini mərkəzə dəvət edib. İkinci hissənin əvvəlində qonaqlar üstünlüklərini iki qata çatdırıblar. 49-cu dəqiqədə Kristian Eriksenin ötürməsini Canan Peyçinoviç qola çevirib.

Meydan sahibləri oyunun sonlarında təzyiqi artıraraq 86-cı dəqiqədə Oliver Börkün qolu ilə fərqi minimuma endirsələr də, məğlubiyyətdən qaçmaq mümkün olmayıb.

"Volfsburq" bu qələbə ilə xallarını 24-ə çatdırsa da 17-ci pillədə qalıb. "Union" isə 32 xalla 11-ci pillədədir.

Paralel keçən digər oyunda isə "Verder" "Hamburq"u qəbul edib. Bremen təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edərək mühüm üç xalı aktivinə yazdırıb.

Matçda hesabı 37-ci dəqiqədə meydan sahibləri açıblar. Yukinari Suqavaranın ötürməsini Yens Stage qola çevirərək komandasını önə çıxarıb. Lakin bremenlilərin sevinci çox çəkməyib və 41-ci dəqiqədə Robert Qlattsel tarazlığı bərpa edib.

İkinci hissəyə daha fəal başlayan "Verder" 57-ci dəqiqədə yenidən üstünlük qazanıb. Kemeron Puertasın ötürməsindən sonra Stage dublunu rəsmiləşdirib. Oyunun sonlarına yaxın qonaqların vəziyyəti daha da ağırlaşıb: 79-cu dəqiqədə Filip Otele qırmızı vərəqə alaraq "Hamburq"u azlıqda qoyub. Matçın yekun nöqtəsini isə uzatma dəqiqələrində Kemeron Puertas qoyub.

Bu qələbədən sonra xallarının sayını 31-ə çatdıran "Verder" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Eyni xala malik "Hamburq" isə top fərqinə görə 13-cü sıradadır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:03

Həvəskarlıqla böyük idman arasında: Azərbaycanda qayayadırmanma necə inkişaf edir? - İDMAN.BİZ-in REPORTAJI - FOTO

Digər
Bu gün, 14:59

Türkiyənin 4 nəhəng klubu cərimələnib

Digər
Bu gün, 14:50

Kanaki və Maohi Nui komandaları Bakıda

Qarabağ FK
Bu gün, 14:48

“Sabah” – “Qarabağ”: Mərdəkanın yeni “Sabah Arena”da köhnə rəqabət və liderlik mübarizəsi – İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 14:41

Sabah futbol komandası baş məşqçisi Valdas Dambrauskas ildə 50 kitab oxuyur

Futbol
Bu gün, 14:40

Kəpəz – Şəfa matçı kinoteatrda nümayiş olunur

Digər
Bu gün, 14:33

Azərbaycanlı namizəd dünya güləşinin prezidentliyinə iddialıdır: Namiq Əliyev kimdir?

Digər
Bu gün, 14:26

İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM

Qarabağ FK
Bu gün, 14:25

“Qarabağ”ın sabiq hücumçusu oyunda kütləvi davaya səbəb oldu - VİDEO

Digər
Bu gün, 14:20

“Azərbaycan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır”

Futbol
Bu gün, 14:05

Koy-Leons Mikelsin "Borussiya Mönhenqladbax"a şəxsi arzusuna baxmayaraq, clubdan rəsmi transfer təklifi olmamışdır

Qarabağ FK
Bu gün, 13:53

“Turan Tovuz”un hücumçusu İbrahima Vadji Fransa mediasında ön plandadır - FOTO

Digər
Bu gün, 13:44

“Sabah”ın müdafiəçisi Bakıda Lamin Yamalı meydanda rahat buraxmayacağına söz verdi

Digər
Bu gün, 13:40

"Ayntraxt" sabiq futbolçusunu idman direktoru postuna dəvət etmək istəyir

Digər
Bu gün, 13:20

"Nyukasl"ın sabiq baş məşqçisi "Mançester Yunayted"in "sükanı arxasına" keçə bilər

Digər
Bu gün, 13:17

“Şəfa”nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalandırıldı

Formula 1
Bu gün, 13:14

Avstraliya Qran-prisində kenqurunun trasda peyda olması MotoGP məşqini dayandırdı

Digər
Bu gün, 13:13

İntizam Komitəsi iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb

Futbol
Bu gün, 13:06

FİFA U-15 Dünya Çempionatına ev sahipliyi edən Hövsan Yarış Kompleksi hazırdır

Futbol
Bu gün, 13:00

Zirə Sumqayıtı 22 oyunda məğlub edə bilmədi

Futbol
Bu gün, 12:59

Tacikistanlı futbolçu Hüseynconi Bobocan: “Bakıda dünya çempionatı üçün hazırlanan meydançalar gözəldir”

Futbol
Bu gün, 12:50

Sumqayıtın kapitanı İsa Sülumbra U-15 komandasının məşqində iştirak edib

Qarabağ FK
Bu gün, 12:45

“Qarabağ”ın sabiq futbolçusu 6 milyonluq dələduzluğun qurbanı olub

Digər
Bu gün, 12:40

ABL: IV turun ilk mtçında "Sabah" NTD-yə qarşı

Oxşar xəbərlər