Almaniya Bundesliqasının 27-ci turu çərçivəsində keçirilən "Sankt-Pauli" - "Frayburq" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hamburqda baş tutan görüş meydan sahiblərinin üstünlüyü ilə başlasa da, "Frayburq" oyunun axarını dəyişməyi bacarıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın 24-cü dəqiqəsində Danel Sinani "Sankt-Pauli"ni önə keçirib. Lakin ikinci hissədə səhnəyə çıxan İqor Matanoviç matçın taleyini həll edib. O, əvvəlcə 65-ci dəqiqədə hesabı bərabərləşdirib, 78-ci dəqiqədə isə dublunu rəsmiləşdirərək komandasına vacib qələbə qazandırıb.
Bu nəticədən sonra "Frayburq" xallarını 37-yə çatdıraraq turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. "Sankt-Pauli" isə 24 xalla 16-cı yerdə qalıb və təhlükəli zonadan uzaqlaşa bilməyib. Növbəti turda "piratlar" aprelin 5-də səfərdə "Union"la qarşılaşacaq, "qartallar" isə aprelin 4-də doğma meydanda "Bavariya"nı qəbul edəcək.
21:05
Almaniya Bundesliqasının 27-ci turu çərçivəsində keçirilən "Maynz" - "Ayntraxt" qarşılaşması ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, "Maynz" oyuna sürətli başlayıb və artıq altıncı dəqiqədə Paul Nebelin qolu ilə önə keçib. Lakin qonaqlar 20-ci dəqiqədə Nataniel Braunun sayəsində tarazlığı bərpa edə biliblər. Matçın taleyi isə son dəqiqədə həll olunub. Paul Nebel 90-cı dəqiqədə dublunu rəsmiləşdirərək "Maynz"a qələbə qazandırıb.
Bu nəticədən sonra "Maynz" xallarını 30-a çatdıraraq turnir cədvəlində 11-ci pilləyə yüksəlib. "Ayntraxt" isə 38 xalla yeddinci sırada qalıb.