Dortmund "Borussiya"ı hazırda 81 365 tamaşaçı tutumuna malik olan stadionu – "Signal Iduna Park"ın tutumunu artırmaq imkanlarını nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, klubun idarəedici direktoru Karsten Kramer səhmdarların ümumi yığıncağında bu haqda məlumat verib.
"Niyə cəmi 81 000? Biz bu stadionu necə daha üst səviyyəyə qaldıra biləcəyimiz üzərində işləyirik", – deyə Kramer bildirib, lakin genişləndirmə işlərinin nədən ibarət olacağına dair əlavə bilgi verməyib.
Onun sözlərinə görə, modernləşdirmə aparılmasa, stadionun dünya çempionatının yarımfinal oyununa ev sahibliyi etmək şansı olmayacaq.
"Borussiya" 2030/31-ci maliyyə ilinə qədər gəlirlərini təxminən 130 milyon avro artırmağı planlaşdırır və stadionla bağlı gəlirləri artım üçün əsas istiqamət kimi müəyyən edib.
Kramer hesab edir ki, arenadan daha səmərəli istifadə olunması qazancların artmasına kömək edəcək.