top
Blatter ABŞ-dakı Dünya Çempionatına qarşı boykot çağırışlarını dəstəklədi Lent.az
27 yanvar 2026, 14:26
- ↺ +

Blatter ABŞ-dakı Dünya Çempionatına qarşı boykot çağırışlarını dəstəklədi

FİFA-nın keçmiş prezidenti Zepp Blatter bu il ABŞ-da keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarını boykot edən azarkeşləri dəstəklədiyini bildirib.

Lent.az "The Guardian"a istinadla bildirir ki, Zepp Blatter FİFA-da prezident olduğu dövrdə mümkün islahatlar üzərində qurumla birgə çalışan, korrupsiyaya qarşı mübarizə aparan isveçrəli hüquqşünas Mark Pitin fikirlərini dəstəkləyib. Mark Pit azarkeşlərin turnir zamanı ABŞ-dan uzaq durmalı olduqlarını bildirib.

"Məncə, Mark Pit bu dünya çempionatının keçirilməsini sual altına almaqda haqlıdır", – Blatter sosial şəbəkələrdə bildirib.

Mark Pit bu ayın əvvəlində Minneapolisdə etiraz aksiyası zamanı 37 yaşlı qadın Rene Qudun ABŞ immiqrasiya agenti tərəfindən öldürülməsini azarkeşlərin ABŞ-a getmək istəməməsinin səbəblərindən biri kimi göstərib. Blatter, ötən həftəsonu federal agentlərin əli ilə ikinci ABŞ vətəndaşı Aleks Prettinin öldürülməsindən sonra Pitin bu fikirlərini dəstəkləyib.

 "Ölkə daxilində müşahidə etdiyimiz proseslər: siyasi opponenlərin marginallaşdırılması, immiqrasiya xidmətləri tərəfindən sui-istifadələr və s. azarkeşləri ora getməyə həvəsləndirmir. Azarkeşlərə yalnız bir məsləhət vermək istəyirəm: Birləşmiş Ştatlardan uzaq durun! Televizordan baxanda hər halda daha yaxşı görəcəksiniz. Ora çatdıqdan sonra fanatlar bilməlidirlər ki, əgər hakimiyyət orqanları ilə düzgün davranmasalar, dərhal geri göndəriləcəklər. Əgər şansları gətirsə…", – Pit ötən həftə müsahibəsində bildirib.

Zepp Blatter 2015-ci ildə bir neçə qalmaqal fonunda FİFA prezidentliyindən istefa verib və onu Donald Trampla yaxın əlaqələr qurmuş Canni İnfantino əvəz edib.

Futbol üzrə dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Oxşar xəbərlər