Rusiyanın ÇSKA klubunun futbolçusu Matvey Kislyak karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" 21 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Bu barədə hər iki ölkənin mətbuatı məlumat yayıb.
Moskva klubu Kislyak üçün 25 milyon avro tələb edir. O, bu mövsüm ÇSKA ilə 15 oyunda 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Rusiya millisinin də üzvü olan futbolçunun adı ötən yay "Fənərbağça" ilə hallanmışdı.