top
Bernard Lippert: “FIFA U‑15 Dünya Çempionatı Bakıdakı ilk belə tədbirdir” Idman.biz
28 oktyabr 2026, 15:03
- ↺ +

Bernard Lippert: “FIFA U‑15 Dünya Çempionatı Bakıdakı ilk belə tədbirdir”

"Dünya çempionatı möhtəşəm təşkil olunub. Vaxtilə Azərbaycanda yaşadığım və bu layihənin bir hissəsi olduğum üçün qürur duyuram. Bu, dünyada analoqu olmayan bir tədbirdir. Hətta FIFA-nın özündə də indiyədək belə bir tədbir keçirilməyib. Uşaqların üzündəki təbəssümü görəndə təşkilatçılığın və logistikanın nə qədər yüksək səviyyədə olduğunu anlayırsan".

Bu sözləri Bakının ev sahibliyi etdiyi FIFA U-15 dünya çempionatı və festivalı ilə bağlı ölkəmizdə səfərdə olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Bernard Lippert deyib.

Almaniyalı FIFA eksperti turnirdə favoritinin olmadığını söyləyib.

"Mənim üçün burada hansı komandanın favorit olması vacib deyil. Əsas odur ki, uşaqlar gülümsəsin, inkişaf etsin və müxtəlif ölkələrin komandalarına qarşı oynasınlar. Bu, onların həyatındakı ilk böyük təcrübələrdən biridir. Futbol vacibdir, amma bu, mənim üçün birinci yerdə dayanmır. Azərbaycan millisinə gəlincə, hazırda komanda haqqında ətraflı fikir bildirmək üçün kifayət qədər məlumatım yoxdur. Son üç ildə Qanada olmuşam, indi isə FIFA-da çalışıram. Millini yaxından tanımadan və daha çox məlumat əldə etmədən dolğun fikir söyləmək çətindir. Yalnız nəticələrə baxıram və son illərdə göstəricilər o qədər də yaxşı deyil. Ümid edirəm ki, gələcəkdə vəziyyət daha yaxşı olacaq", - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Xatırladaq ki, Bernard Lippert 2008-2020-ci illərdə AFFA-nın texniki direktoru olub. O, 2009-2014-cü illərdə isə Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan millisində köməkçi məşqçi və U-21 yığmasının baş məşqçisi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, oktyabrın 30-a kimi davam edəcək U-15 dünya çempionatı və festivalı 189 ölkədən futbolçuları bir araya gətirir. Turnir Bakı Kristal Zalında keçiriləcək altı final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:10

Şahdağ Qusar–Gəncəbasar və Şimal–Zaqatala: Birinci Liqada səkkizinci tur 14:00-da başlayacaq

Futbol
Bu gün, 11:00

Elvin Yunuszadə: Qışın gedişatı hələ müəyyən edilməmişdir

Digər
Bu gün, 10:55

UFC, Fransa döyüşçüsü Manon Fioro'nu dopinq testi nəticəsində 3 aylıq disqvalifikasiyaya cəlb etdi

Basketbol
Bu gün, 10:53

LANDAU Lions klubunun oyunçusu Orelik Gediminas: Zədəli oyunçular məğlubiyyətə səbəb oldu

Futbol
Bu gün, 10:47

Yuri Vernidub “Neftçi” Futbol Akademiyasının heyəti ilə görüşü

Futbol
Bu gün, 10:40

Alman mütəxəssisi Polşa millisini baş məşqçisi ola bilər

Digər
Bu gün, 10:39

Qazaxda 25 idman növünü əhatə edən idman festivalı keçirildi

Futbol
Bu gün, 10:20

FIFA keçmiş prezidenti Sepp Blatter, Canni İnfantinonun namizədliyini məhdudiyyətə görə qeyri-qanuni sayır

Qarabağ FK
Bu gün, 10:10

“‘Kəpəz’lə ‘Qarabağ’ matçının təyinatları açıqlanıb”

Futbol
Bu gün, 10:10

Mudrik: “Çelsi”yə transferdən əvvəl “Arsenal”da çıxış etmək arzusundaydım

Qarabağ FK
Bu gün, 10:00

Türkiyə klubları “Qarabağ”ın futbolçusu Marko Yankoviçə marağını itirmir

Futbol
Bu gün, 09:53

Sumqayıt – Sabah: Misli Premyer Liqası 12-ci turu

Futbol
Bu gün, 09:40

Tibo Kurtua Real-da 2028-ə qədər qalan müqavilə uzadılıb

Futbol
Bu gün, 09:38

Ever Baneqa 37 yaşında peşəkar futbol karyerasını başa vurdu

Futbol
Bu gün, 09:29

Kostas Tsimikas yayda Liverpuldan ayrılaraq La Liqa klubuna keçə bilər;

Futbol
Bu gün, 09:24

Sabiq Braziliya futbolçusu Gabi Morais narkotik pullarının yuyulmasında həbs edildi

Futbol
Bu gün, 09:20

Alman klubu 60 milyon avro təklifi ilə Inter’in 20 yaşlı müdafiəçisi Finn Yelçin

Futbol
Bu gün, 09:08

Harri Keyn ikinci Qızıl Top üçün hədəfləri: daha çox kubok qazanmaq istəyir

Futbol
Bu gün, 09:00

Sumqayıt Sabah qarşısında Mehdi Huseynzadə arenasında oynayacaq

Futbol
Bu gün, 08:40

Li Kan İn xaricdə 2026-cı ilin ən yaxşı Asiyalı futbolçusu, “Traktor”un qapıçısı Əlirza Beyranvənd isə Asiyanın ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 08:20

İmişli 12-ci turda Zirəni ev stadionunda qəbul edir

Futbol
Bu gün, 08:12

"Barselona" Lisandro Martinezın transferinə maraq göstərmədi: Deku və Flik rədd etdi

Futbol
Bu gün, 08:00

Blekpul klubu doğum günündə baş məşqçi Ian Evatti vəzifəsindən çıxardı

Futbol
Bu gün, 07:11

İnterin müdafiəçi transferi üçün 60 milyon avroluq qiymət tələb olunur

Oxşar xəbərlər