top
Bəhlul Mustafazadə: Xaricdən təkliflərim var idi, amma onlar... Sport24.az
12 may 2024, 13:12
- ↺ +

Bəhlul Mustafazadə: "Xaricdən təkliflərim var idi, amma onlar..."

"Qarabağ"ın "Zirə"ni minimal hesabla məğlub etdiyi "Zirə" ilə oyundan sonra "süvarilər"in müdafiəçisi Bəhlul Mustafazadə Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. Millinin də şərəfini qoruyan futbolçu həm oyunla bağlı fikirlərini bölüşüb, həm də

-"Zirə" ilə oyun barədə fikirlərini bilmək istərdik...
-  Bizi ağır matçın gözlədiyini bilirdik. Mövsümdəki ən ağır oyunlarımızdan birini keçirdik. Qarşılaşmadan öncə şanslar bərabər idi. Görüşün taleyini bir top həll etdi ki, qalib gəldiyimizə görə çox şadam.

 

- Geridə qalan 34 tur haqqında nə deyərdin?
- Bizim üçün ağır marafon oldu. Çempionata məğlubiyyətlə başladıq. Gərgin qrafik altında oynayırdıq. Amma şükürlər olsun ki, tədricən toparlandıq və istədiyimiz oyuna, nəticəyə və çempionluğa nail olduq. Bunun üçün çox tər tökdük. Çempionatla yanaşı, avrokuboklarda da yaxşı çıxış etdik. Fikrimcə, bundan daha yaxşı olmaq üçün çalışmalıyıq.

 

- Çempionluğunuzu erkən rəsmləşdirdiz, oyunlara motivasiya olmaq çətin olmur?
- Xeyir, mən belə düşünmürəm. Erkən çempion olmağımız bir çox çatışmazlığı daha rahat aradan qaldırmağa imkan verir. Odur ki, ilk pillədə yerimizi tam rəsmləşdirəndən sonra heyətimizdə az şans qazanan və zədədən əziyyət çəkən oyunçularımızın təcrübə qazanması üçün şans yarandı. Eləcə də digər problemlərimizi aradan qaldırırıq. Odur ki, heç bir arxayınlıqdan söhbət gedə bilməz.  


- Avropa Liqasında sizi mübarizədən kənarlaşdıran "Bayer" finala yüksəlib. Bu barədə nə deyərdin?
- "Bayer"in güclu komandadı. Onlara qarşı çox yaxşı mübarizə aparmışdıq. Almanları hər iki görüşdə nokdauna salsaq da, nakaut vəziyyətinə gətirə bilmədik. Odur ki, onlarla oyunlarımızı həm biz, həm də azarkeşlərimiz çox xatırlayacaq.


- Komanda yoldaşın Andrey Lunyov "Bayer"in turnirdə çempion olmasını istəyir. Ona qoşulursan?
- Almanların finaldakı rəqibi "Atalanta"da yaxşı formadadı və onlar sona qədər döyüşəcək. Şansları bərabər hesab edirəm. Təbii ki, "Bayer" qalib gəlsə, təsəllimiz o olacaq ki, bizi çempion komanda mübarizədən kənarlaşdırıb.  


- "Qarabağ"la müqavilən uzatdın. Amma çoxları sənin ölkə xaricinə yollanmağını gözləyirdi. "Qarabağ"da qalmaq qərarını necə izah edərdin?
- Bəli, xaricdən təkliflərim var idi,  amma onlar "Qarabağ"dan üstün komandalar deyildi. Məncə, düzgün qərar vermişəm. Ağdam təmsilçisində qalmaqda daha da inkişaf edə bilərəm. Qarşıdan ÇL-ın oyunları gəlir, mötəbər turnirdə özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm.

ABDULLA İSMAYILOĞ

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Oxşar xəbərlər