"Bavariya"nın baş icraçı direktoru Yan-Kristian Drezen klubun hücumçu Harri Keynlə müqaviləni uzatmağa yaxın olduğunu təsdiqləyib. Sport24.az xəbər verir ki, o, bu barədə "Kicker" nəşrinə açıqlama verib:
"Biz təfərrüatlar üzərində işləyirik. Bu, sadəcə bir neçə gün çəkəcək. Hüquqşünasların müəyyən məqamlara aydınlıq gətirmək üçün fikir mübadiləsi aparması normal haldır. Biz bütün əsas məqamları hələ "Qızıl top" (Ballon d'Or) mərasimindən əvvəl müzakirə edib razılaşdırmışdıq. Hər iki tərəf bu əməkdaşlığı mümkün qədər uzun müddətə uzatmaq istədiyini bilir".
Drezen bildirib ki, 33 yaşlı ingilis futbolçunun maraqlarını təmsil edən atası və qardaşı ilə aparılan danışıqlar, hücumçunun 2023-cü ildə "Tottenhem"dən transferi zamanı baş tutan danışıqlar qədər gərgin olub.
Keynin klubla hazırkı müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatır. O, oktyabrın 26-da "Qızıl top" (Ballon d"Or) mükafatını qazanıb və bununla da 2001-ci ildə Maykl Ouenin uğurundan sonra bu mükafata layiq görülən ilk ingilis futbolçu olub.
Qeyd edək ki, ingilis hücumçu 2023-cü ilin avqustundan "Bavariya"nın formasını geyinir. O, 2026/27 mövsümündə keçirdiyi 12 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə edib.