"Barselona" İspaniya Kubokunun yarımfinalının ilk oyununda "Atletiko Madrid"ə məğlubiyyətdən (0:4) sonra hakimliyə qarşı şikayət etməyi düşünür.
İdman.Biz bu barədə "Mundo Deportivo"ya istinadən bildirir.
Kataloniya klubu bir neçə epizodla ilə bağlı İspaniya Futbol Federasiyasına (RFEF) rəsmi şikayət edə bilər. "Blauqrana" "Atletiko Madrid"in hücumçusu Culiano Simeonenin müdafiəçi Aleks Baldeyə qarşı kobudluğa görə qırmızı vərəqə almamasından, eləcə də Pau Kubarsinin ikinci hissənin 52-ci dəqiqəsində vurduğu qolun hesaba alınmamasından narazıdır.
Hakim Xuan Martines Munuera qolu ofsayd səbəbindən hesaba almayıb. Gecikmə yarıavtomatlaşdırılmış ofsayd aşkarlama sistemindəki xəta ilə bağlı olub. Buna görə də qərar ənənəvi video təkrara əsasən verilib.
Komandalar arasında Kral Kuboku yarımfinalının ikinci oyunu 3 martda keçiriləcək.