Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi hazırlığın ikinci mərhələsində İraq komandası ilə 2 yoldaşlıq matçı keçirəcək.
Bu barədə "Report" AFFA-nın mətbuat xidmətindən bildirilib.
İlk görüş noyabrın 17-də Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da saat 19:00-da başlanacaq. Komandalar arasında ikinci oyun noyabrın 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Bu qarşılaşma isə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olan U-20 millisi hazırlığın ikinci mərhələsinə noyabrın 16-dan etibarən Bakıda davam edəcək.