Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalında mübarizə aparan Azərbaycan millisi Vyetnamla qarşılaşmadan məğlub ayrılıb.
İdman.Biz xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda C Divizionunda keçirilən görüşdə Asiya təmsilçisinə 2:4 hesabı ilə uduzub.
Yığmamız bu mərhələdə daha əvvəl Çiliyə 1:3 hesabı ilə məğlub olub. Bununla yanaşı, Azərbaycan futbolçuları Cəbəllütariq (5:1) və Mozambik (4:1) üzərində qələbə qazanıblar.
Milli komanda ilkin mərhələdə AF qrupunda mübarizə aparıb. Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edən futbolçularımız Avstraliya (1:3) və Haitiyə (0:4) uduzublar.
Nəticədə doqquz xal toplayan Azərbaycan millisi qrupda üçüncü yeri tutaraq C Divizionuna yüksəlib.
Qeyd edək ki, dünyanın 189 ölkəsindən komandaların qatıldığı turnir oktyabrın 30-da yekunlaşacaq. Yarışın final qarşılaşması Bakı Kristal Zalında baş tutacaq.