top
Azərbaycan millisinin üzvü Mustafanı sünnət edən həkim xatirələrini danışdı Idman.biz
30 may 2026, 16:59
- ↺ +

Azərbaycan millisinin üzvü Mustafanı sünnət edən həkim xatirələrini danışdı

Bir vaxtlar "Qəbələ"nin formasını geyinmiş qvineyalı futbolçu Abdelkader Kamaranın oğlu Mustafa Kamaranın Azərbaycanın U-21 millisindən dəvət alması futbol ictimaiyyətində maraqla qarşılanıb.

Hazırda Belçikanın "Sent-Trüden" klubunda çıxış edən yarımmüdafiəçinin Mingəçevirdə dünyaya gəldiyini isə çoxları bilmir. Maraqlı faktlardan biri də onun məhz bu şəhərdə sünnət olunmasıdır.

Mustafa Kamaranı sünnət edən Tibb Universitetinin məzunu, cərrah-onkoloq və Birinci Qarabağ müharibəsi veteranı Əbdülqədir Soltanov bildirib ki, futbolçu illər əvvəl tanınmış məşqçi Azər Həşimov tərəfindən xəstəxanaya gətirilib.

Azər Həşimovun sözlərinə görə, Abdelkader Kamaranın həmin dövrdə yaxşı qazancı olsa da, Əbdülqədir Soltanov əməliyyatı heç bir ödəniş almadan həyata keçirib.

Həkim həmin günü belə xatırlayıb:

"Azər Həşimovun atası, rəhmətlik Rasim kişi ilə dost idik. Azəri uşaqlıqdan tanıyıram. Mustafanı da yanıma o gətirdi. Dedi ki, atası da mənim adaşımdır. Maraqlı təsadüf oldu, hamımız güldük. O başqa qitədən, başqa ölkədən idi, amma ikimiz də müsəlman idik və adlarımız da eyni idi".

Əbdülqədir Soltanov qeyd edib ki, tanınmış futbol adamlarının ailə üzvləri ilə bağlı iştirak etdiyi yeganə əməliyyat bu olmayıb.

"Bakıda Onkoloji Xəstəxanada işlədiyim vaxt professor İbadulla Ağayevlə birlikdə mərhum Anatoli Banişevskinin qardaşını əməliyyat etmişdik. O zaman Banişevski mənə öz formasını hədiyyə etmişdi", – deyə o, sports.az-a açıqlamasında bildirib.

Həkim əlavə edib ki, SSRİ yığmasının sabiq qapıçısı Yuri Romenski də Mingəçevirdə anadan olub və onunla da yaxın münasibətləri olub.

İdmana hər zaman maraq göstərdiyini deyən Soltanov vaxtilə cüdo və futbol ilə məşğul olduğunu, hazırda isə Avropa və dünya çempionatlarını, eləcə də Azərbaycan millisinin oyunlarını diqqətlə izlədiyini bildirib.

"Qarabağ"ın azarkeşi olduğunu söyləyən həkim Ağdam təmsilçisinin uğurlarına sevindiyini, baş məşqçi Qurban Qurbanovla da Zaqatala dövründən tanışlığının olduğunu vurğulayıb.

Azərbaycan futbolu ilə bağlı arzusunu bölüşən Soltanov deyib:

"İstərdim ki, Azərbaycan millisi də Özbəkistan kimi dünya çempionatının final mərhələsində iştirak etsin".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Dünən, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Futbol
Dünən, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Dünən, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Oxşar xəbərlər