top
Azərbaycan millisi Şimali İrlandiyaya qalib gəldi Sport24.az
03 mart 2026, 18:55
- ↺ +

Azərbaycan millisi Şimali İrlandiyaya qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Şimali İrlandiyanı 2:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, yığmamızın baş məşqçisi Siyasət Əsgərov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Çox yaxşı gündür. Çətin olacağını bilirdik. Çox istəyirdik ki, qalib gələk. Şükürlər olsun ki, üç xal bizim oldu. Buna görə qürurlanırıq. Komandama təşəkkür edirəm. Bəzi dəqiqələrdə düşüşlərimiz oldu. İlk 20 dəqiqədə problemlər çox idi, rəqib daha çox təzyiq edirdi. Səhvlərimiz çox idi. Amma sonradan komanda özünə gəldi və hücumlar qurduq. Necə hazırlaşmışdıqsa, elə də qollar vurduq. Bu da sevindirici haldır. Bilirdik ki, rəqib təzyiq edəcək. Biz də maksimum diqqətli olmalıydıq. Düşünürdük ki, rəqibin səhvi olacaq və ondan yararlanarıq. Şükürlər olsun ki, qızlar sona qədər diqqətli oldular və mübarizə apardılar.

 

- Növbəti oyun Macarıstana qarşıdır. Komandanı bərpa etmək nə dərəcədə çətin olacaq? 

 

- Tam bərpa etmək çox çətindir. Bəzi oyunçularımız var ki, zədəlidirlər, gələ bilməyiblər. Az futbolçularımız var ki, matçları onların üzərində qururuq. Əlimizdə daha çox oyunçu kütləsi olsa, rotasiya etmək mümkündür. Bu gün ağır oyun oldu. Macarıstana gedəcəyik. Yolumuz var. Əlimizdən gələni edəcəyik ki, qızları oyuna kökləyək. Macarıstanın gücünü bilirik. Bizim üçün çətin olacaq. Macarıstan səfərdə Andorra ilə oynayır. Onlar da səfərdədir. 

 

- Baş hakim rəqibin qapısına bir penalti vermədi və rəqib oyunçuya qırmızı vərəqə göstərmədi. Amma siz o qədər də etiraz etmədiz. VAR-ın olmamasına görə, belə etdiz? Yəni etirazınız fayda verməcəkdi..

 

- Əslində, etiraz etdik. Sadəcə 4-cü hakim bizə bir neçə epizoddan sonra yaxınlaşdı və dedi ki, sizə vərəqə verəcəm. Mənim də sarı vərəqəm var idi. Etiraz etsək də, baş hakim oyunu davam etdirdi. Məncə də penalti və qırmızı vərəqə var idi. Maraqlısı odur ki, baş hakimin gözünün qarşısında idi. Əsas odur ki, qələbə qazandıq. Penalti verilməsə də, qol vurduq.

 

- Macarıstan sizin üçün tanış rəqibdir, onlardan bir il öncə bir xal ala bilmişdiniz. Ən azından bunu təkrarlamaq mümkün olacaq?

 

- Bizim düşüncəmiz Macarıstandan minimum bir xal almaqdır. Əsas Şimali Makedoniyaya ilə matça köklənmişdik. Onlar və Andorra da rəqiblərimizdir. Amma Macarıstan bizim əsas rəqibimizdir. Macarıstan A-dan B-yə, oradan da C səbətinə enib. Bilmirəm orada nə problemlər var ki, düşüş yaşanır. Amma oyunçular çox keyfiyyətlidir, komanda da keyfiyyətlidir. Bəli, macarlardan xal almışdıq. Çalışacağıq ki, minimum həmin hesabı təkrarlayaq. Allah qoysa, ora minimum bir xal üçün gedirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər