Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Sport24.az-ın Macarıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi yığma Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan Albaniya ilə yoxlama qarşılaşmasında qüvvəsini sınayır.
Yoldaşlıq oyunu Macarıstanda baş tutacaq. Qarşılaşma Sombatxey şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində gerçəkləşəcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matç "Haladas SportKomplexum"da təşkil olunacaq.
Qeyd edək ki, yığmamız növbəti oyununu iyunun 11-də Macarıstanda Qazaxıstana qarşı keçirəcək.
Yoldaşlıq oyunu
7 iyun
21:00. Albaniya – Azərbaycan 1:0 (2-ci hissə)
Qol: Bayrami, 11.
Baş hakim: Mixali Kaprali (Macarıstan)
Sombatxey. "Haladas SportKomplexum"
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 13. Rahil Məmmədov (21. Qismət Alıyev), 8. Emin Mahmudov, 7. Coşqun Diniyev (18. Elvin Camalov, 46), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev.
Baş məşqçi: Arif Əsədov
Albaniya: 23. Tomas Strakoşa, 4. Elseid Hasay, 5. Arlind Ajeti, 6. Berat Cimsiti, 3. Mario Mitay, 21. Kristyan Asllani, 20. Yiber Ramadani, 10. Nedim Bayrami, 9. Yasir Asani, 11. Armando Broya, 15. Taulant Seferi
Baş məşqçi: Silvinyo
Qeyd: Səfər "Misli"nin dəstəyi ilə baş tutur.