"Karvan-Yevlax" baş məşqçi Azər Həşimovla yollarını ayırsa da, bunu sosial şəbəkə hesablarında açıqlamayıb.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, komanda artıq yeni baş məşqçi Füzuli Məmmədovun rəhbərliyi altında məşqlərə də çıxır.
Sadəcə, Azər Həşimov "Neftçi"nin vidalaşdığı sabiq baş məşqçi Samir Abasovun yolunu gedir.
Mütəxəssis bölgə təmsilçisinin rəhbərliyindən təzminatını tələb edir. Həşimov mövsümün sonunadək müqaviləsinin olduğunu əsas gətirib və pulla bağlı güzəştə getməyəcəyini söyləyib.
Necə ki, "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov da təzminat almaq üçün istefa verməyib və mövsümün sonunadək qazanacağı maaşı alacaq.
Qeyd edək ki, Azər Həşimov yayda "Karvan-Yevlax"ın baş məşqçisi təyin edilib.