top
Ayxan Abbasov: Qırmızı vərəqə matçın taleyini həll etdi Sport24.az
28 aprel 2024, 20:13
- ↺ +

Ayxan Abbasov: "Qırmızı vərəqə matçın taleyini həll etdi"

"Xal qazanmaq istəyirdik. Turnir cədvəli bunu tələb edirdi. Mövsümün sonu gəldikdə, gərginlik artır, futbolçuların ustalığı ön plana çıxır. "Neftçi" bizə ustalıq sayəsində qalib gəldi. Buraxdığımız qollar istəmədiyimiz dəqiqələrdə oldu. Oyuna yaxşı başlamışdıq, hücumlar edirdik, topa sahib idik. "Neftçi" birinci imkandan istifadə etdi, daha sonra penalti qərarı...Rahat penalti qazandılar. Birinci hissənin sonundakı epizodumuz qol olsaydı, daha motivasiyalı oynayardıq. Qırmızı vərəqə matçın taleyin həll etdi. 10 nəfərlə "Neftçi"yə qarşı oynamaq ikiqat çətin idi. Xal ehtiyatımızı artırmağa çalışacağıq ki, mövsümü istədiyimiz yerdə bitirək. Bu mövsüm bizim üçün təcrübə oldu. Hansı məqamlara görə istədiyimizi ala bilmədiyimizi təhlil edəcəyik".

Sport24.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 32-ci turunda "Neftçi"yə qarşı oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb:

- "Turan Tovuz" daha çox müdafiədə intizamlı oyunu ilə diqqət çəksə də, həm ötən turdakı "Sumqayıt", həm də "Neftçi" ilə görüşdə müdafiənizdə xaos sezilirdi. Bu nə ilə bağlı idi?

- Son oyunlarda istəmədiyimiz zədələr oldu. Amma problemlərdən danışmaq istəmirəm, bəhanə kimi çıxar. "Sumqayıt"la matçda da itkilərimiz var idi, dayaq yarımmüdafiəçimiz olmadı. Bunlar da bizim üçün imtahan oldu ki, heyəti geniş tutmaq lazımdır. Mövsüm boyu yaxşı oyunlarımız, səhvlərimiz də olur. İki oyundur ki, müdafiədə kobud fərdi səhvlər edirik. Bu da bizə baha başa gəldi.

- Azarkeşlər bir çox epizodlara görə etiraz edirdi. Sizcə, "Turan Tovuz" öz səhvlərindən uduzdu, yoxsa hakim səhvlərinə görə?

- Məğlub olmuşuqsa, ilk növbədə özümüzdə günah axtarmalıyıq. Birinci və ikinci dövrədə bizə qarşı bundan da böyük səhvlər olmuşdu. Bu gün bu haqda danışmayaq. Gələcəyə baxmaq lazımdır. Sadəcə elə qırmızı vərəqə almaq olmaz.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:34

Millətlər Liqası: İtaliya - Fransa qarşılaşması, Keynin rekordu və C Liqasında yüksəlmə yarışları

Olimpiada
Bu gün, 14:20

Azərbaycan komandası Dakar Yüngül Olimpiada medal sıralamasında 12-ci yerə gerilədi

Futbol
Bu gün, 14:08

Emre Belözoğlu Fənərbağçada ulduz futbolçunun transferini planlaşdırır

Futbol
Bu gün, 14:01

Joan Qadu Real, PSG və Arsenal klublarının marağındadır

Futbol
Bu gün, 14:00

Mircavadov: Klublar yerli futbolçulara şans verməlidir

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Oxşar xəbərlər