top
Ayxan Abbasov: İnanmıram ki, bu açıqlamanın komandaya təsiri olsun Sport24.az
18 aprel 2026, 18:10
- ↺ +

Ayxan Abbasov: "İnanmıram ki, bu açıqlamanın komandaya təsiri olsun"

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, "Karvan-Yevlax" son matçlara final kimi baxır. Motivasiyaları yüksəkdir. Bundan öncəki matçda da əzmkarlıqları görünürdü, bu gün də göründü. Oyun əlimizdə idi, dominantlıq edirdik, amma qol vura bilmədik. Bir çox oyunlar var ki, bu məqamlarda axsadıq və uduzduq. Bəlkə də futbolçuların ustalığı çatışmadı. Çox işləməlidirlər. Buna baxmayaraq, isti havada 90 dəqiqə vuruşmaq, ruhdan düşməmək, hücum etmək, son saniyəyə qədər epizoda girmək yaxşı göstəricidir. İstəyərdik ki, qalib gələk və turnir cədvəlində irəliləyək. Olmadı. Qarşıdakı matçlara baxacağıq".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 28-ci turunun "Karvan-Yevlax"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.


O, jurnalistlərin suallarını da cavablandırıb.


- İki fərqli hissə izlədik. Birinci hissədə temp yüksək deyildi. Fasilədən sonra rəqibi təzyiq altında saxladınız. Siz tapşırmışdız ki, futbolçular belə oynasın?

- Hava isti idi, bu da imkan vermədi. Rəqib də tempi yüksəltməyimizi istəmirdi. Bu da normaldır. İkinci hissədə dəyişikliklər etdik, hücumameyilli oyunçular meydanda oldu. Amma bu da yetərli olmadı. Birinci hissədə də 3 real qol vəziyyətimiz var idi. Futboldur da, olur.

 

- Sizdə sanki motivasiya yox idi. Bu da işinizin öhdəsindən erkən gəlməyin fəsadlarıdır? Komanda Premyer Liqada qalıb...

- Motivasiya baxımından bizdə problem yox idi. Bu olmasaydı, komanda 90-cı dəqiqəyə qədər vuruşmazdı. Futbolçular hər şeyi etdilər. Sadəcə dediyim məqamlarda yetərli olmadı. Xüsusən də gənc futbolçuların epizodları var idi. Məşqlərdə də yaxşıdırlar. İşin öhdəsindən gəliblərsə, stressiz oyunlar olacaq. Rəqib isə daha mübarizəli görünə bilərdi.

 


- Ötən mətbuat konfranslarında "Şamaxı"dan ayrılacağınızın siqnalını vermişdiniz. Bu gün də komandanın əvvəlki kimi görünməməsinin səbəbi məhz o açıqlamadır? Futbolçular bilir ki, baş məşqçi gedir. Bunun komandaya təsiri var idi?

- Məncə, daha əksinə ola bilər. Futbolçular daha məsuliyyətli olmalıdır. Çünki mövsümün sonu yaxınlaşır. Müqaviləsinin müddəti başa çatan futbolçular var. Futbolçular mövsümün sonuna yaxın özlərini göstərmək istəyirlər. İnanmıram ki, bu açıqlamanın təsiri olsun. Məğlub olanda çox suallar ortaya çıxır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 17:00

Kamran Quliyev: “Məncə, 6 xallıq oyun idi"

Digər
Bu gün, 16:47

Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə görüş keçirilib - FOTO

Digər
Bu gün, 16:40

Superkompüter ÇL-in favoritinin adını açıqladı

Digər
Bu gün, 16:31

Zirvə uğrunda beşli mübarizə: PSJ və “Lion” liderlik, “Monako” revanş axtarışında - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 16:22

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında yeni mövsüm başlayır

Futbol
Bu gün, 16:16

“Zirə”nin qapıçısı Aydın Bayramov: “Komandamızın potensialı birinci üçlükdə də mübarizə aparmağa imkan verir”

Futbol
Bu gün, 16:01

Ditmar Hamann: Bakıdakı Sabah qələbəsi Borussiya üçün psixoloji və çempionlar liqası baxımından vacibdir

Digər
Bu gün, 16:00

“Sabah”ın oyunu “Fənərbaxça”, “Qalatasaray” və “Mançester Siti”ni geridə qoydu

Futbol
Bu gün, 15:46

“Qalatasaray” – “Fənərbağça” derbisi və “Amedspor”un liderlik mübarizəsi

Futbol
Bu gün, 15:31

Lüksemburq U‑16 yığması Bakıda ilk FIFA Dünya Çempionatı və Festivalına çıxacaq

Güləş
Bu gün, 15:29

Nenad Laloviç yenidən UWW prezidentliyi vəzifəsini tutdu

Şahmat
Bu gün, 15:25

11 yaşlı şahmatçı Bodhana Şivanandan Avropa Klublar Kubokunda Yudit Polqarın 38 illik rekordunu qırmağa yaxındır

Futbol
Bu gün, 15:18

Genduzi UEFA Çempionlar Liqasında Yaxşı Olmayan Səhv Üzrə Üzr İstəyib

Futbol
Bu gün, 15:16

Arsenal, Aleks Baenanı heyətinə qatmaq istəyir

Digər
Bu gün, 15:03

Həvəskarlıqla böyük idman arasında: Azərbaycanda qayayadırmanma necə inkişaf edir? - İDMAN.BİZ-in REPORTAJI - FOTO

Digər
Bu gün, 14:59

Türkiyənin 4 nəhəng klubu cərimələnib

Digər
Bu gün, 14:50

Kanaki və Maohi Nui komandaları Bakıda

Qarabağ FK
Bu gün, 14:48

“Sabah” – “Qarabağ”: Mərdəkanın yeni “Sabah Arena”da köhnə rəqabət və liderlik mübarizəsi – İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 14:41

Sabah futbol komandası baş məşqçisi Valdas Dambrauskas ildə 50 kitab oxuyur

Futbol
Bu gün, 14:40

Kəpəz – Şəfa matçı kinoteatrda nümayiş olunur

Digər
Bu gün, 14:33

Azərbaycanlı namizəd dünya güləşinin prezidentliyinə iddialıdır: Namiq Əliyev kimdir?

Digər
Bu gün, 14:26

İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM

Qarabağ FK
Bu gün, 14:25

“Qarabağ”ın sabiq hücumçusu oyunda kütləvi davaya səbəb oldu - VİDEO

Digər
Bu gün, 14:20

“Azərbaycan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır”

Oxşar xəbərlər