İspaniya La Liqasının 17-ci turu çərçivəsində "Jirona" doğma meydanda Madridin "Atletiko" klubunu qəbul edib. "Municipal de Montilivi" stadionunda keçirilən qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, hesab 13-cü dəqiqədə açılıb. Madrid təmsilçisinin yarımmüdafiəçisi Koke dəqiq zərbə ilə komandasını önə çıxarıb. 38-ci dəqiqədə Konor Qallaher fərqi iki topa yüksəldib. İkinci hissəyə əlavə olunmuş vaxtda isə Antuan Qrizmann yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra 18 oyunda 37 xal toplayan "Atletiko Madrid" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 17 oyunda 15 xalı olan "Jirona" isə 18-ci yerdə qalıb.