UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir. Sport24.az xəbər verir ki, "Araz-Naxçıvan" da bu gün növbəti oyununa çıxacaq.
II mərhələni uğurla adlayan Naxçıvan təmsilçisi Mərdəkanda Kipr "Omoniya"sını qonaq edəcək.
Qeyd edək ki, Çexiyadan olan hakimlər briqadasının idarə edəcəyi matçın start fiti saat 20:00-da səslənəcək.
7 avqust
Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
20:00. "Araz-Naxçıvan" – "Omoniya" (Kipr) 0:0 (1-ci hissə)
Baş hakim: Ondrjey Berska (Çexiya)
Mərdəkan. "Dalğa Arena"
"Araz-Naxçıvan": 12. Kristian Avram, 77. Bruno Aleksandre, 3. Bəxtiyar Həsənalızadə, 17. İssuf Paro, 34. Ürfan Abbasov (k), 6. Patrik Andrade, 29. Vanderson Melo, 70. Şarl Boli, 10. Felipe Santos, 19. Bar Kohen, 11. Ba-Muaka Simakala
Baş məşqçi: Elmar Baxşıyev
"Omoniya": 40. Fabiano, 3. Fotios Kitsos, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Stefan Yovetiç, 11. Evandro, 14. Mateo Mariç, 21. İonnis Masuras, 30. Nikolas Panaqiotu, 31. İonnis Kussulos, 75. Laizos Laizu
Baş məşqçi: Henninq Berq