top
Araz-Naxçıvan Arislə təşkilatçılıq məsələlərini müzakirə edir, təhlükəsizlik tələbləri önəmlidir Idman.biz
21 iyun 2025, 12:22
- +

"Araz-Naxçıvan" "Aris"lə təşkilatçılıq məsələlərini müzakirə edir, təhlükəsizlik tələbləri önəmlidir

"Araz-Naxçıvan" klubunun rəhbərliyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris"in (Yunanıstan) nümayəndələri ilə təşkilatçılıqla bağlı danışıqlara başlayıb.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusubov bildirib.

O, ilk növbədə tanışlıq xarakterli söhbətlər aparıldığını söyləyib: "Püşkatmadan dərhal sonra rəqib komandanın nümayəndələri ilə əlaqə saxladıq. Tanışlıq xarakterli, ilkin danışıqlar oldu. Tələblər barədə yazışmalar başlayıb. Təbii ki, təşkilatçılıqla bağlı elə də çətin proses yoxdur. Amma hər incə məqam tərəflər arasında razılaşdırılacaq. Hələ ki, məlumatlar dəqiqləşdirilir. Stadion, klubun şəraiti, yerləşdikləri şəhər, viza, nəqliyyat və logistika məsələləri, komandanın qarşılanması və yola salınması ilə bağlı ilkin söhbətlərimiz olub. Ən ciddi məsələlərdən biri təhlükəsizliklə bağlı olacaq. Tərəfimizdən tələblər qoyulacaq. Onlar da müəyyən şərtlər irəli sürə bilərlər".

Klub rəsmisi "Aris"i tanıdıqlarını deyib: "Çox ciddi və kifayət qədər güclü rəqiblə üz-üzə gələcəyik. Komandanı tanıyırıq. Artıq bəzi məlumatlar əldə olunub. Məşqçilər korpusu da məlumatları təhlil edirlər. Bilirik ki, rəqib transferlər həyata keçirir. Kifayət qədər güclü heyətləri var. Bu, onların çempionatdakı nəticələrindən də bəllidir. Əsasən ispaniyalı legionerlərdən istifadə edirər. Səhv etmirəmsə, 8-ə yaxın əcnəbi oyunçuları var. Braziliyadan və digər ölkələrdən futbolçular cəlb ediblər. Kifayət qədər ciddi klublarla bağlılığı olan futbolçular var. Amma bunlar ilkin məlumatlardır. Məlumatlar tərəfimizdən araşdırılacaq".

Yusubov heyəti gücləndirmək üçün işlərin davam etdiyini vurğulayıb: "Komanda avrokuboklarda ilk dəfə çıxış etsə də, futbolçuların bir çoxu təcrübəsiz deyil. Avroliqa təcrübəsi olanlar, həmçinin yeni transferlərimiz də var. Heyəti gücləndirmək baxımından işlər görülür. Təcrübəsizlik deməzdim, belə oyunlarda komandanın hazırlığı və futbolçuların səviyyəsi rol oynayır. Əsas üstünlüyümüz odur ki, ötənilki heyəti 70-80 % qoruya bilmişik. Yeni futbolçular əlavə etməklə heyəti daha da gücləndirəcəyik".

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk görüşü evdə, cavab matçını isə səfərdə keçirəcək.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:20

Ceymi Vardi karyerasını İtaliyada davam etdirə bilər

Formula 1
Bu gün, 12:19

"Formula 1" üzrə Azərbaycan Qran-prisində tribunaların bilet satışında irəliləyiş qeydə alınıb

Voleybol
Bu gün, 12:09

Bölgələrdə Velosiped İdmanının İnkişafı üçün Məşqçi Təlimlərinə Start Verildi

Futbol
Bu gün, 12:00

Şahin Diniyev oğlunun "Araz-Naxçıvan"a keçidindən danışdı: "Artıq tək oğluma yox, komandaya azarkeşlik edəcəm"

Basketbol
Bu gün, 12:00

Dava salan basketbolçulara cəza verildi

Futbol
Bu gün, 11:44

Lukas Vaskes karyerasını "Bayer"də davam etdirəcək

Futbol
Bu gün, 11:43

"Fiorentina" "Kalyari"dən Roberto Pikkolini transfer edib

Futbol
Bu gün, 11:37

Rəşad Sadıqovun "Zirə"dəki 200-cü oyunu

Futbol
Bu gün, 11:32

"Real"ın keçmiş futbolçusu Lukas Vaskes "Bayer"lə müqavilə imzalayacaq

Futbol
Bu gün, 11:26

Rəşad Sadıqovun "Zirə"dəki 200-cü oyunu qələbə ilə yadda qalıb

Futbol
Bu gün, 11:15

Ukrayna millisinin Fransa və Azərbaycanla oyunlar üçün heyəti açıqlandı

Futbol
Bu gün, 11:13

"Cəbrayıl" 19 futbolçu ilə yollarını ayırdı

Futbol
Bu gün, 11:02

Ukrayna millisinin Fransa və Azərbaycan matçları üçün heyəti açıqlandı

Futbol
Bu gün, 11:01

Rəşad Sadıqovun rəhbərliyi altında "Zirə" 200-cü oyununu qələbə ilə qeyd etdi

Futbol
Bu gün, 11:00

Misli Premyer Liqası II turunun yekunları: Qonaqların dominantlığı və komandaların təsiri

Futbol
Bu gün, 10:55

"Marafon" XXVI Azərbaycan Həvəskarlar Futbol Birinciliyinin qalibi oldu

Futbol
Bu gün, 10:53

Ukrayna millisinin Fransa və Azərbaycan matçları üçün heyəti açıqlanıb

Futbol
Bu gün, 10:44

Misli Premyer Liqasında 18 mövsümdə ilk dəfə qonaqların dominantlığı

Futbol
Bu gün, 10:42

"Cəbrayıl" klubu 19 futbolçu ilə yollarını ayırıb

Cüdo
Bu gün, 10:41

Qusarda cüdo məşqçiləri üçün "Sosial media və marketinq" təlimi keçirilib - FOTO

Futbol
Bu gün, 10:40

Misli Premyer Liqasında 18 mövsümdən sonra qonaqlar üstünlüyü

Futbol
Bu gün, 10:30

Rio Nqumoa Ueyn Runinin rekordunu təkrarlamağa bir gün gecikdi

Futbol
Bu gün, 10:20

ÇL-də bu gün 3 pley-off cavab oyunu keçiriləcək

Futbol
Bu gün, 10:17

"Marafon" İK Həvəskar Futbolçular Arasında XXVI Azərbaycan Birinciliyinin Qalibi Oldu

Oxşar xəbərlər