top
Misli Premyer Liqası II turunun yekunları: Qonaqların dominantlığı və komandaların təsiri Sport24.az
26 avqust 2025, 11:00
- +

Misli Premyer Liqası II turunun yekunları: Qonaqların dominantlığı və komandaların təsiri

Misli Premyer Liqasında artıq II tura yekun vuruldu. Sport24.az xəbər verir ki, hesabat turunda 5 qarşılaşmadan 5-də sevinən tərəf qonaqlar oldu. Bir qarşılaşma isə qolsuz başa çatıb. Bəs ikinci oyun həftəsində komandalar necə təsir bağışladılar? Aşağıda qisməın də olsa, bu suala cavab tapmağa çalışacağıq.

 

"İmişli" - "Neftçi" 0:0

 Çoxları "İmişli"nin "Neftçi" ilə matçda xal itirəcəyini, hətta böyük hesabla məğlub olacağını gözləsə də, elitanın debütantı ehtimalları alt-üst etdi. "Pələnglər" "Turan Tovuz"la matçda olduğu kimi, parlaq oyun sərgəliməsə də, müdafiədə etibarlı, meydanda oyun intizamını qorumaqla "ağ-qaralar"la "sülh" bağlamağı bacardı. Arxa xətt inamlı görünsə də, bölgənin eyniadlı təmsilçisi hücum planında çox axsayır. Paytaxt klubu ilə görüşdə "İmişli" demək olar ki, rəqibin qapısı önündə bir dənə də olsun yaddaqalan qol epizodu yarada bilmədi. Portuqaliyalı Xorxe Kaskilyanın komandası geridə qalan 2 turda keyfiyyət baxımından seçilmədi, amma döyüşkənliyi ilə yadda qaldı.

 

"Neftçi"yə gəlincə, ilk iki turda qələbə üzünə həsrət qalan "ağ-qaralar" bitiricilik baxımdan əziyyət çəkir. İstər "Şamaxı", istərsə də "İmişli" ilə görüşdə bu açıq-aydın göründü. Komanda oyun planında, xüsusilə hər iki qarşılaşmanın ikinci yarısında rəqiblərindən üstün oyun sərgiləsə də hücumları məntiqi sonluğa çatdıra bilmir. Samir Abasov vaxtında qeyd etdiyimiz çatışmazlığı aradan qaldıra bilməsə, komanda xal itirməkdə davam edəcək.

 

 

"Qarabağ" - "Sumqayıt" 0:1

 

Saşa İliçin komandası iki turdan sonra xal itirməyən yeganə kollektivdir ("Sabah"ın bir oyunu təxirə düşüb). Bəlkə də, "kimyaçılar" "Kəpəz"lə matçda olduğu kimi "Qarabağ"la görüşdə o qədər də parlaq təsir bağışlamasa da, vacib olanı yerinə yetirdi, səfərdən 3 xalla dönməyi bacardı. Əslində "Sumqayıt"ın əlinə düşən fürsətdən maksimum yaralandığını demək olar. Ağdamlıların Çempionlar Liqasının pley-off mərhələsində səfərdə "Ferentsvaroş"la oynaması, cəmi iki gündən sonra çempionat görüşünə çıxması, komandanın çıxışına təsirini göstərdi desək, yanılmarıq. Ağdamlıların yorğunluğu fonunda "kimyaçılar" daha hərəkətli təsir bağışlayırdı. Bununla "Sumqayıt"ın qələbəsinə kölgə salmaq fikrimiz yoxdu. Sadəcə, reallığı da nəzərə almaq lazımdır.

 

"Kəpəz" - "Karvan" 2:3

 

"Kəpəz"in durumu ürək ağırıdır. Hər iki oyunda qapısında 3 qol görən "sarı-göylər"in müdafiə xətti çox bərbad təsir bağışlayır. İlk iki turda Gəncə təmsilçisi nə oyunu, nə də nəticə ilə yadda qalıb ki, bu da haqlı olaraq azarkeşlərin narazılığına səbəb olub. "Kəpəz"də "komanda ruhu" adına heç nə olmadığını da vurğulamaq lazımdır. Futbolçuları meydana sanki döyərək məcbur çıxardırlar.

"Karvan-Yevlax" isə əksinə, yaxşı mənada futbolsevərləri təəccübləndirməyi bacarır. Mövsümün açılış turunda "Qəbələ" ilə "sülh" bağlayan kollektiv "Kəpəz"lə görüşdə məzmunlu və baxımlı oyunu ilə aktivinə 3 xal yazıdrmağı bacardı. Yevlaxlıların legionerləri də yaxşı mənada seçilirlər. Xüsusilə Qavi Tomsonu qeyd etmək lazımdır. Nigeriyalı yarımmüdafiəçi "Turan Tovuz"la matçda olduğu kimi, "Kəpəz"lə görüşdə də meydanda ən yaxşılardan biri, bəlkə də birincisi idi. İlk qolda komandasına penalti qazandıran nigeriyalı, ikinci qolda özü fərqləndi.   

.

"Şamaxı" - "Sabah" 1:2

 

"Şamaxı" çempionatın ən az büdcəli komandasıdır. Buna baxmayaraq, Ayxan Abbasov yenə heçdən nə isə düzəltməyə çalışır. İlk turda "Neftçi" səfərindən xalla dönməyi bacardılar. "Sabah"la oyunda da buna yaxın olsalar da sonda rəqibin daha usta futbolçulardan təşkil olunması sözünü dedi. Amma Dambrauskasın da dediyi kimi, istənilən komanda gücünün 100 faizini ortaya qoymasa, Şamaxıdan 3 xal apara bilməyəcək.

 

"Sabah" avrokuboklar şokundan ayılmağa çalışır. "Bayquşlar" səfərdə oynamalarına baxmayaraq, meydanda dominantlıq etdi. Ancaq hiss olunur ki, bu onların maksimumu deyil. "Sabah"ın potensialı daha artığına imkan verir.

 

"Turan Tovuz" - "Araz Naxçıvan" 1:2

 

Tovuz təmsilçisinin futbolçusu Ayxan Hüseynovun təbirincə desək, "Araz-Naxçıvan" nominal meydan sahiblərini məhz öz silahı - standart vəziyyətlərdən maksimum yararlanmaqla məğlub etdi. Avqustun 25-də 73 yaşını qeyd edən Kurban Berdıyevin komandasının necə oynadığını artıq hamı bilir və bu üzdən rəqibləri "Turan Tovuz"u məğlub etmək üzərində çox da baş sındırmırlar. Elmar Baxşıyev də eyni addımı atdı.

 

"Qəbələ" - "Zirə" 1:2

İlk turda "Karvan"la "sülh" bağlayan "Qəbələ" bu dəfə daha güclü "Zirə"yə məğlub oldu. Tsxadadzenin komandası əslində xoş təsir bağışlayır. "Qırmızı-qaralar" şən, hücum futbolu oynayır. Ancaq "Zirə"nin keyfiyyət baxımdan daha üst oyunçulara malik olması sözünü dedi. "Qartallar" hesabda geri düşməsinə baxmayaraq, geridönüş edib, səfərdən qələbə ilə dönməsi komandanın xarakterindən və özünə inamından xəbər verir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 21:59

Qəbələ məşqçisi Amil Ağacanov: “İmişlini 2:1 məğlub edərək daha yaxşı hazırlandıq”

Digər
Dünən, 21:26

Azərbaycan taekvondo millisi İsveçrədə "Swiss Open" turnirində iştirak edəcək

Digər
Dünən, 21:26

Azərbaycan taekvondo milli komandası İsveçrədə "Swiss Open" turnirində iştirak edəcək

Digər
Dünən, 21:26

Azərbaycan taekvondo gəncləri İsveçrənin Saint Gallen şəhərində Swiss Open turnirində yarışacaq

Futbol
Dünən, 21:13

Musiala, 5 sentyabrda Şalke matçında Bayern heyətinə qayıdacaq

Futbol
Dünən, 20:57

Anderson Talişka BƏƏ-də Al‑Cəzirə klubuna 2 illik müqavilə imzaladı

Futbol
Dünən, 20:57

Anderson Talişkanın Al Cəzirə ilə 2 illik müqaviləsi - RƏSMİ

Futbol
Dünən, 20:57

Anderson Talişka BƏƏ-nin Əl-Cəzirə klubunda 2 illik müqavilə imzaladı

Futbol
Dünən, 20:33

Xabi Alonso, Kayseronun vəziyyətindən narahat olmamağımızı və yarımmüdafiədə seçimlərin yetərli olduğunu bildirdi

Futbol
Dünən, 20:33

Xabi Alonso, Moyses Kayseronun oyun vəziyyəti barədə danışdı

Futbol
Dünən, 20:33

Xabi Alonso Kayseronun vəziyyəti barədə açıqlama verdi

Futbol
Dünən, 20:33

Xabi Alonso, Kayserin sağlamlığına dair narahat olmamaq lazım olduğunu bildirib

Futbol
Dünən, 20:33

Xabi Alonso, Kayseronun vəziyyəti barədə açıqlama verdi

Futbol
Dünən, 19:58

Kamilo Duran Şotlandiya Premyer Liqasında avqust ayının ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 19:46

Sky Sports, klubsuz ulduz futbolçulardan ibarət simvolik komandayı təqdim etdi

Futbol
Dünən, 19:46

Sky Sports tərəfindən klubsuz ulduz futbolçulardan ibarət simvolik komanda təqdim edildi

Digər
Dünən, 19:37

AMADA-nın Azərbaycan Gimnastika, Boks və Sambo Federasiyalarının idmançılarına antidopinq seminarı

Digər
Dünən, 19:37

AMADA tərəfindən Azərbaycan Gimnastika, Boks və Sambo Federasiyalarının idmançılarına antidopinq seminarı keçirildi

Digər
Dünən, 19:37

AMADA tərəfindən Gimnastika, Boks və Sambo federasiyalarının idmançılarına antidopinq seminarı təşkil edildi

Digər
Dünən, 19:37

AMADA-nın Azərbaycan Gimnastika, Boks və Sambo Federasiyalarının idmançılarına antidopinq seminarı

Digər
Dünən, 19:37

AMADA-nın Azərbaycan Gimnastika, Boks və Sambo federasiyalarının idmançılarına antidopinq seminarı

Digər
Dünən, 19:37

AMADA‑dan Azərbaycan Gimnastika, Boks və Sambo federasiyalarının idmançılarına antidopinq seminarı

Boks
Dünən, 19:16

U-15 Azərbaycan Boks Kubokunun qalibləri açıqlanıb

Boks
Dünən, 19:16

U-15 Boks Azərbaycan Kubokunun qalibləri açıqlanıb

Oxşar xəbərlər