AFFA-nın dəstəyi və Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə həvəskar futbolçular arasında keçirilən XXVI Azərbaycan birinciliyinin qalibi müəyyənləşib.
İdman.biz xəbər verir ki, Bakı, Sumqayıt və müxtəlif rayonlardan ümumilikdə 43 komandanın qatıldığı ölkə birinciliyinin final oyununda "Marafon" və "Məhəllə Uşaqları" komandaları üz-üzə gəliblər.
Turnirin qalibi rəqibini 4:0 hesabı ilə məğlub edən "Marafon" olub.
III yer uğrunda görüşdə "Naftalan Gəncləri" üzərində 4:2 hesablı qələbə qazanan "Tərtər" bürünc mükafata yiyələnib.
İdman.biz