top
Aleksandr Çertoqanov: Vernidubun 'Neftçi'ni avrokuboklara aparacağına inanıram, Azərbaycan millisi C Liqasına dönə bilər - MÜSAHİBƏ Idman.biz
05 may 2026, 16:35
- ↺ +

Aleksandr Çertoqanov: "Vernidubun 'Neftçi'ni avrokuboklara aparacağına inanıram, Azərbaycan millisi C Liqasına dönə bilər" - MÜSAHİBƏ

"Millətlər Liqasındakı rəqiblər münasib komandalardır".

Bunu Azərbaycan yığmasının və "Neftçi"nin sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Ukraynalı məşqçi Yuri Vernidubun "Neftçi"dəki fəaliyyətini necə dəyərləndirirsiniz? Sizcə, o, "ağ-qaralar"ı bu mövsüm avrokuboklara çıxara biləcək?

– Düşünürəm ki, bacarar. Onun gəlişindən sonra "Neftçi" turnir cədvəlində irəlilədi. Bu mənada, Vernidubun "Neftçi"ni avrokuboklara aparacağına inanıram.

– Vernidublu "Neftçi" növbəti mövsümdə çempionluq mübarizəsi apara bilərmi?

– Bəli. Fikrimcə, "Neftçi" növbəti mövsüm çempionluq uğrunda mübarizə aparacaq.

– "Qarabağ" Çempionlar Liqasındakı tarixi uğuruna baxmayaraq, bu mövsüm ölkə çempionu və kubokun qalibi ola bilmədi. "Sabah"ın tarixindəki ilk çempionluq haqda nə deyə bilərsiniz? Onlardan bu uğuru gözləyirdiniz?

– Açığı, gözləmirdim. Yəqin ki, "Qarabağ" üçün sıx qrafikdə çempionata uyğunlaşmaq alınmadı. Həqiqətən də, çiyinlərindəki yük çox böyük idi.

– Necə düşünürsünüz, "Sabah" Çempionlar Liqasında uğurlu çıxış edə biləcək?

– Heç nə deyə bilmərəm. Hər şey mövsümöncəsi hazırlıqdan və komandanı hansı futbolçuların gücləndirəcəyindən asılıdır.

– Siz oynadığınız vaxtla müqayisədə Azərbaycan çempionatının səviyyəsində artım varmı?

– Mənə elə gəlir ki, indiki səviyyə daha aşağıdır. "Qarabağ" uzun illər favorit oldu. Amma o vaxt çempionluq uğrunda 5-6 komanda mübarizə aparırdı.

– Azərbaycan yığmasının Ayxan Abbasovun rəhbərliyi altındakı çıxışını necə şərh edirsiniz? Milli komandamız Millətlər Liqasında Litva və Lixtenşteynlə oyunlardan yaxşı nəticələrlə ayrıla və yenidən C Liqasına yüksələ biləcəkmi?

– Millətlər Liqasındakı rəqiblər münasib komandalardır. Azərbaycan yığması bu rəqiblərə qarşı yaxşı nəticələr əldə edə bilər. İnanıram ki, Azərbaycan millisi Millətlər Liqasında C Liqasına dönməyi bacaracaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:44

İspan mətbuatı Bakı Olimpiya Stadionunda “Sabah”–“Barselona” matçının atmosferi, azarkeş reaksiyaları və təhlükəsizlik tədbirlərini dəyərləndirir

Qarabağ FK
Bu gün, 10:43

Kaşuk iki Ukrayna klubunun marağında

Futbol
Bu gün, 10:20

Bayern yeni hücumçu transferini hazırda düşünmür

Futbol
Bu gün, 10:20

Manuel Noyerin yeni sevgilisi məlum oldu

Futbol
Bu gün, 10:16

CL‑də son vəziyyət: “Sabah”, “Qalatasaray” və “Fənərbaxça” cədvəldəki yerləri

Şahmat
Bu gün, 10:14

15 yaşlı Xaqan Əhməd dünya şahmat çempionatında mövqeyini möhkəmləndirdi

Futbol
Bu gün, 10:11

“Sabah” UEFA bayrağı altında 14 ev oyununda heç-heçə yoxdur

Futbol
Bu gün, 10:11

Mikels: İkinci qol üçün də şansım var idi

Futbol
Bu gün, 10:09

PSJ Çempionlar Liqasında Fransa rekordunu yenilədi

Futbol
Bu gün, 10:07

Kimmix, Musiala haqqında Bavariya klubunun açıqlamalarını sərt tənqid etdi

Minifutbol
Bu gün, 10:00

Chelsea Aleks Skottun transferi üçün yüksək təklif hazırlayır

Futbol
Bu gün, 10:00

Bakıda dubl edən futbolçu həftənin ən yaxşısı olmaq şansı var;

Futbol
Bu gün, 10:00

“Sabah”ın prezidenti Barselona qarşısında motivasiyanı ifadə etdi

Minifutbol
Bu gün, 09:54

Umarali Rahmonaliyev Qazaxıstanda oynamamağa qərar verdi

Futbol
Bu gün, 09:49

"Trabzonspor" UEFA Konfrans Liqasında Bolqarıstanın ÇSKA Sofiya komandası ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:45

Məşhur karikaturaçı Həmid Səhəri "Sabah" - "Barselona" oyununa Azərbaycan memi ilə animasiya həsr edib

Voleybol
Bu gün, 09:43

DH Volley

Futbol
Bu gün, 09:42

Beşiktaş

Futbol
Bu gün, 09:42

UEFA Avropa Liqası, Konfrans Liqası və basketbol qarşılaşmaları bu kanallarda – TV AFİŞA

Futbol
Bu gün, 09:40

UEFA Konfrans Liqasının 4-cü turu başlayır: "Trabzonspor", "Brayton" və "Tvente" meydanaya çıxır

Futbol
Bu gün, 09:40

20 yaşlı Eydon Heyven yanvarda "Mançester Yunayted"dən ayrılmağa hazırdır

Futbol
Bu gün, 09:39

İsayev: 'Barselona'ya qarşı oynamaq bizim üçün misilsiz təcrübə oldu

Cüdo
Bu gün, 09:37

Skaloni dünya velosiped çempionatına gedir, futbol deyil

Futbol
Bu gün, 09:36

UEFA Konfrans Liqasının Liqa mərhələsində IV turda 18 qarşılaşma baş tutacaq

Oxşar xəbərlər