Afrikanın beş milli komandası futbol üzrə dünya çempionatı tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib.
İdman.Biz xəbər verir ki, DÇ-2026-nın 1/16 finalında Kabo-Verde, Konqo Demokratik Respublikası, Kot-d`İvuar, Misir və CAR mübarizə aparacaq.
Beləliklə, pley-offda çıxış edəcək doqquz Afrika təmsilçisindən beşi bunu ilk dəfə gerçəkləşdirəcək. Bu, qitə futbolu üçün tarixi göstərici hesab olunur.
Kabo-Verde üçün DÇ-2026 xüsusi əhəmiyyət daşıyır. Komanda mundialda debüt mövsümündə pley-offa yüksəlib və 1/16 finalda son dünya çempionu Argentina ilə qarşılaşacaq.