AFFA və UEFA-nın birgə həyata keçirdiyi SCALE (Special Dual Career Paths to Prevent Early School Leaving) layihəsi çərçivəsində gənc futbolçuların inkişafı davam edir. Sport24.az xəbər verir ki, layihə "Şəfa" (U-15 & U-17 qızlar), "Ramana" (U-17), EFA (U-17) və "Atletico Baku" (U-14) komandalarında həyata keçirilir.
Məqsəd təhsildən uzaqlaşmanın qarşısını almaq və gənclərə həm meydanda, həm də təhsildə dəstək olmaqdır. Təlimlər xüsusi hazırlıq keçmiş məşqçilər tərəfindən keçirilir.
Qeyd edək ki, SCALE layihəsi 2025-ci ilin sonunadək davam edəcək.