top
Mirabdulla Abbasov Qırğızıstan çempionatından, Neftçinin şanslarından və Azərbaycan derbisindən danışdı Idman.biz
09 avqust 2025, 16:39
- ↺ +

Mirabdulla Abbasov Qırğızıstan çempionatından, "Neftçi"nin şanslarından və "Azərbaycan derbisi"ndən danışdı

Azərbaycan millisinin sabiq forvardı, Qırğızıstanın "Abdış-Ata" klubuna keçən Mirabdulla Abbasovun apasport.az-a müsahibəsi

- Qırğızıstanda işlərin necə gedir? Sənin üçün sıxıcı gələn nəsə var?

- Hər şey normaldır. Xeyr, əslində sıxıcı deyil. Paytaxtda qalıram. Məşq stadionlarımız da yaxındadır. Hər şey ürəyimcədir.

- Qırğızıstan və Azərbaycan çempionatını necə müqayisə edərdin?

- Müqayisə etmək bir az çətindir. Burada rəqabət daha çoxdur. Təbii ki, "Qarabağ" kimi komandası yoxdur. Amma eyni səviyyədə olan komanda çoxdur. Buna görə də, Qırğızıstan çempionatı maraqlıdır. Turnir cədvəlinə baxsanız, görərsiz ki, 6 komandanın çempionluğa şansı var. Ümumiyyətlə, liqanın səviyyəsi məni qane edir. Hər şeydən razıyam və ürəyimcədir.

- Son turda Qırğızıstanda demək olar ki, "Azərbaycan derbisi" yaşandı. Orxan Əliyev və Dmitri Nağıyevin formasını geyindiyi "Ozgon" klubu ilə qarşılaşdınız. Necə hisslər idi?

- Əlbəttə, ölkəmizdən qıraqda olmağımızı nəzərə alsaq, tanış simaları görmək adamı çox sevindirir. Çox çətin oyun oldu, uşaqların adına çox sevinirəm ki, istər Orxan Əliyev, istər Dmitri Nağıyev komandanın aparıcı oyunçularına çevriliblər. Özü də, qısa zamanda.

- Bəs, nəticə sizi razı saldı?

- İlk dövrədə matç komandamızın 5:2 hesablı qələbəsi ilə başa çatmışdı. Bu oyunda isə rəqibin 2-ci dəqiqədən 10 nəfərlə mübarizə aparmasına baxmayaraq, çox çətin bir qələbə qazandıq. Düzdür, müəyyən qədər bizim komanda meydanda özünə bənzəmirdi. Hakim amili də var idi. Belə təəssürat yaranırdı ki, ilk dəqiqədə rəqibə qırmızı vərəqə vermişdi deyə, hər epizodda qərarları bizim komandaya qarşı idi. Rəqib qapıçı hesab 0:0 olanda məni yıxdı, epizod birmənalı şəkildə, 100 faiz penalti idi. Təkrarı izləsəz özünüz də bundan əmin ola bilərsiz. Hər halda, komanda yoldaşlarımı göstərdiyimiz əzmkarlığa görə təbrik etmək istəyərdim.

- Yeri gəlmişkən, yetirməsi olduğun "Neftçi" bu mövsüm iddialıdır. Səncə, çempionluq qazanacaqlar?

- "Neftçi" hər zaman mənim qəlbimdə xüsusi yerdədir. İnanıram ki, uğurlu sezon keçirib komandanı layiq olduğu yerlərə daşıya biləcəklər. "Neftçi"yə ürəkdən çempionluq arzu edirəm. İnanıram ki, "Neftçi" Samir Abasovla artıq bir dəfə nail olduğu uğura yenidən imza ata biləcək. "Neftçi" ailəsinə uğurlar.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:00

Fənərbaxça futbolçusu Genduzi matçın ən yaxşısı seçildi, qola səbəb olduğu üçün azarkeşlər narazı

Güləş
Bu gün, 17:55

Keçmiş Olimpiya güləşçisi Natiq Eyvazov Füzulidə gənclərin idmana cəlb edilməsini təşviq edir

Digər
Bu gün, 17:40

“Sabah”ın qapıçısı yenidən Qazaxıstan millisindən dəvət alıb

Qarabağ FK
Bu gün, 17:26

"Araz-Naxçıvan" və "Qarabağ"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib

Digər
Bu gün, 17:20

"Liverpul"un kapitanı: "Tənqidləri qəbul edirəm"

Digər
Bu gün, 17:17

Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək

Digər
Bu gün, 17:16

Biletin qiyməti 3 minə qədər: “Qızıl top” mərasimində iştirak neçəyə başa gəlir?

Digər
Bu gün, 17:16

U-15 dünya çempionatında 22 yığma niyə iştirak etməyəcək? - İdman səbəbləri və siyasi fikir ayrılıqları - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 17:10

Cahangir Həsənzadə: U-15 dünya çempionatı uşaqlar futboluna böyük təsir göstərəcək

Futbol
Bu gün, 17:01

Barselona’da yeni itki: Dani Olmo “El Clásico”da iştirak etməyəcək

Qarabağ FK
Bu gün, 16:46

“Borussiya Dortmund” “Sabah”la qarşılaşmadan sonra Bakıda məşq etdi - FOTO

Futbol
Bu gün, 16:35

AFFA Hakimlər Komitəsi sədri Rəhim Həsənov Premyer Liqa oyunlarındakı mübahisəli epizodları şərh etdi

Futbol
Bu gün, 16:33

Fransa Liqa 1-də “Tuluza”‑“Trua” oyunu etirazlara görə bir gün gecikdirildi

Qarabağ FK
Bu gün, 16:31

Nəriman Axundzadə: “Azərbaycana qayıtmağı düşünmürəm”

Digər
Bu gün, 16:30

Rəhim Həsənov hakimlərin qərarlarını şərh etdi - VİDEO

Digər
Bu gün, 16:16

“Karvan-Yevlax”ın qapıçısı hədəfini açıqladı

Digər
Bu gün, 16:01

Məğlubiyyət seriyasına son qoymağın vaxtıdır: “LANDAU Lions” və “Neftçi”ni üçüncü turda hansı rəqiblər gözləyir? - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 16:00

Asif Məmmədov: "Nəticə olmadıqda heç nənin dadı gəlmir"," text is about a 40-year-old captain discussing physical challenges, team struggles, and upcoming matches without mentioning any injury or withdrawal."

Digər
Bu gün, 15:46

Niko Uilyams İngiltərə Premyer Liqasında oynamaq istəyir

Digər
Bu gün, 15:29

Mourinyo Arda Güleri elə təriflədi ki

Digər
Bu gün, 15:20

Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb

Qarabağ FK
Bu gün, 15:20

Neftçi-2 vs Sabah-2 oyununun təyinatı açıqlanıb

Futbol
Bu gün, 15:01

Türkiyə mətbuatı "Fənərbağça"nın "Sabah"ın başa çıxmağına uduzmasının səbəbini irəli sürərək klub tənqid edir

Gimnastika
Bu gün, 14:56

10‑cü və 22‑ci ölkə birincilikləri batut gimnastikası və tamblinq üzrə keçirilir

Oxşar xəbərlər