top
Şamaxının məşqçisi Elnur Çodarov Betisdə təcrübədən danışdı: İspaniyada fərdi inkişafa üstünlük verirlər Idman.biz
09 avqust 2025, 17:39
- ↺ +

"Şamaxı"nın məşqçisi Elnur Çodarov "Betis"də təcrübədən danışdı: İspaniyada fərdi inkişafa üstünlük verirlər

"Şamaxı"nın məşqçisi Elnur Çodarov İspaniyaya yollanıb. O, PRO kateqoriyası məşqçilik kursu çərçivəsində "Betis" klubunda təcrübə keçir. Çodarovun bu klubda praktika keçməsinə bir vaxtlar "Betis"də çıxış eləmiş Vəli Qasımov yardımçı olub.

İdman.biz xəbər verir ki, Sportal.az-a açıqlama verən Elnur Çodarov səfər təəssüratlarını bölüşüb.

O bildirib ki, İspan futboluna maraq göstərdiyi üçün məhz İspaniyada təcrübə keçməyi planlaşdırırıb: "Betis" variantını "Şamaxı" klubunda akademiyamızın rəhbəri Vəli Qasımov təklif etdi. Başqa bir-iki variant da var idi, amma araşdırdım "Betis" daha uyğun gəldi mənə. Sağ olsun, Vəli müəllim. Buraya səfərim onun vasitəsilə reallaşdı.

PRO kateqoriyasının tələbləri əvvəllər bir az fərqli idi. Eyni klubda həm əsas komandanın, həm də akademiyanın iş prinsipləri ilə tanış olub təcrübəni yekunlaşdırmaq mümkün idi. İndi isə tələb edirlər ki, iki fərqli klubda keçməlisən praktikanı - birində əsas komanda, digərində isə akademiyada olmalısan.

"Betis"in akademiyasına gəlmişəm. Burada məni akademiyanın rəhbəri Migel Kalsado qarşıladı. Mən ora çatan günü "Betis" B komandası yoxlama oyunu keçirirdi, yeni mövsümə hazırlaşırdılar. Çox maraqlı oyun oldu. Matç bitəndən sonra əvəzedici komandanın baş məşqçisi ilə ətraflı söhbət elədim.

Daha sonra akademiyaya getdik. Orada Məşqçilər Departamentinin rəhbəri Tino Luis ilə tanış oldum. Tino mənə ilk növbədə məşqçilərlə iş prinsiplərindən danışdı. Məşqçiləri necə seçirlər, onları necə inkişaf etdirirlər və s. "Betis"in akademiyasında 70 məşqçi var ki, onlar da 5 kateqoriyaya bölünür - baş məşqçi, köməkçi məşqçi, analitik məşqçi, fiziki hazırlıq üzrə məşqçi və qapıçı məşqçiləri. Kiçik yaş qruplarının hər məşqində minimum 3 məşqçi iştirak edir, böyüklərdə isə 4-5.

Gördüyüm odur ki, ispanlar daha çox uşaqların fərdi inkişafına üstünlük verirlər. Texniki, taktiki, fiziki, psixoloji, bir sözlə hər şeyə fikir verirlər. Bu məsələyə o qədər həssas yanaşırlar ki, hər hansı uşağın orqanizmində inkişafı üçün nədəsə gerilik varsa, həkimlər fərdi qaydada çalışaraq sağlam gəlişimi təmin edirlər. Çünki elə bədən qüsurları var ki, onları yalnız müəyyən yaşa qədər düzəltmək olar, sonra mümkün deyil. Ona görə də, həkimlər, fizioterapevtlər, məşqçilər bu cür uşaqlarla özəl çalışmalar da aparırlar.

Uşaq komandaların bütün məşqlərindən video çəkilişlər aparılır. Sonra analitiklər qeydlərini edir və kimin nə çatışmazlığı olubsa, onun üzərində məhz həmin istiqamətdə işləyirlər. Nəzəri məşğələlərdə göstərilənlər artıq oyunlarda tələb kimi qoyulur futbolçuların qarşısında. Demək olar ki, detallı şəkildə izah olunur ki, kim oyunda nə etməlidir, necə etməlidir və s.

Sonda mənə akademiyanın iş strukturunu izah etmək üçün daxili iclaslarına dəvət etdilər. Orada gördüm ki, bu struktur necə çalışır. Hesabatlar, tapşırıqlar, cari məsələlərin müzakirəsinə şahidlik etdim".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:10

Cahangir Həsənzadə: U-15 dünya çempionatı uşaqlar futboluna böyük təsir göstərəcək

Futbol
Bu gün, 17:01

Barselona’da yeni itki: Dani Olmo “El Clásico”da iştirak etməyəcək

Qarabağ FK
Bu gün, 16:46

“Borussiya Dortmund” “Sabah”la qarşılaşmadan sonra Bakıda məşq etdi - FOTO

Futbol
Bu gün, 16:35

AFFA Hakimlər Komitəsi sədri Rəhim Həsənov Premyer Liqa oyunlarındakı mübahisəli epizodları şərh etdi

Futbol
Bu gün, 16:33

Fransa Liqa 1-də “Tuluza”‑“Trua” oyunu etirazlara görə bir gün gecikdirildi

Qarabağ FK
Bu gün, 16:31

Nəriman Axundzadə: “Azərbaycana qayıtmağı düşünmürəm”

Digər
Bu gün, 16:30

Rəhim Həsənov hakimlərin qərarlarını şərh etdi - VİDEO

Digər
Bu gün, 16:16

“Karvan-Yevlax”ın qapıçısı hədəfini açıqladı

Digər
Bu gün, 16:01

Məğlubiyyət seriyasına son qoymağın vaxtıdır: “LANDAU Lions” və “Neftçi”ni üçüncü turda hansı rəqiblər gözləyir? - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 16:00

Asif Məmmədov: "Nəticə olmadıqda heç nənin dadı gəlmir"," text is about a 40-year-old captain discussing physical challenges, team struggles, and upcoming matches without mentioning any injury or withdrawal."

Digər
Bu gün, 15:46

Niko Uilyams İngiltərə Premyer Liqasında oynamaq istəyir

Digər
Bu gün, 15:29

Mourinyo Arda Güleri elə təriflədi ki

Digər
Bu gün, 15:20

Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb

Qarabağ FK
Bu gün, 15:20

Neftçi-2 vs Sabah-2 oyununun təyinatı açıqlanıb

Futbol
Bu gün, 15:01

Türkiyə mətbuatı "Fənərbağça"nın "Sabah"ın başa çıxmağına uduzmasının səbəbini irəli sürərək klub tənqid edir

Gimnastika
Bu gün, 14:56

10‑cü və 22‑ci ölkə birincilikləri batut gimnastikası və tamblinq üzrə keçirilir

Digər
Bu gün, 14:41

Muxtorxon Taşxocayev Azərbaycan Milli Paralimpiya Komitəsini təbrik edib

Digər
Bu gün, 14:30

PSJ-də ciddi itkilər: Kvaratsxeliya mövsümü bitirə, Dembele isə həftələrlə oynamaya bilər

Qarabağ FK
Bu gün, 14:20

Pokatilov: "Sabah"ın "Borussiya"ya qarşı debütündə sərgilədiyi futboldan məmnunam, amma səviyyə fərqlidir

Qarabağ FK
Bu gün, 14:16

Velko Simiç: “Çox güclü komandaya qarşı mübarizə apara biləcəyimizi göstərdik” - MÜSAHİBƏ

Futbol
Bu gün, 14:01

Türkiyəli futbol hakimi Ahmet Çakar Azərbaycana girişi qadağan edildi

Tennis
Bu gün, 13:53

Məşhur tennisçi Mariya Şarapova Bakıda INMerge İnnovasiya Sammitində iştirak edəcək

Digər
Bu gün, 13:39

Özbəkistan mətbuatı “Sabah”ın futbolçusuna diqqət ayırdı

Digər
Bu gün, 13:24

PSJ-nin futbolçusu Kvaratsxeliyanın dizində ön çarpaz bağları qopub

Oxşar xəbərlər